07.05.2015

Avropa Oyunlarına həsr olunan otüstü hokkey idman növü üzrə festival

 

Mayın 3-də Respublika Otüstü Hokkey Kompleksində Bakı və Sumqayıt şəhərlərinin ölkəmizdə keçirilən  ilk Avropa Oyunlarına həsr olunan otüstü hokkey idman növü üzrə festivala yekun vurulub.

Turnirdə ümumtəhsil məktəblərinin oğlan və qızlardan ibarət  16 komandası iştirak ediB.  İkinci dəfə təşkil edilən cari   yarışın  məqsədi 2016-cı ilin yayında baş tutacaq Avropa çempionatında iştirak edəcək  16 yaşınadək oğlan və qızlardan ibarət seçmə komandalarımıza namizədləri müəyyənləşdirməkdir.

Tədbirin yekununda   qalib olan oğlan və qız komandalarına fəxri kubok, diplom və medallar təqdim edilib. Oğlanlar  arasında I yerə 117 nömrəli tam orta məktəb, II yerə Sumqayıt şəhər 22 nömrəli tam orta məktəb, III yerə isə 2 nömrəli Uşaq evi , Qızlar arasında isə I yerə             117 nömrəli  tam orta məktəb, II yerə 275 nömrəli tam orta məktəb, III yerə isə “Atasport” (Federasiya) komandaları layiq görülüb.

Bakı və Sumqayıt şəhərlərinin  2000-2002-ci il təvəllüdlü məktəbliləri arasında təşkil edilən bu layihənin  sonuncu - III mərhələsinə bu ilin oktyabr ayında yekun vurulacaq. Həlledici mərhələdə komandalar standart ölçülü meydanda çıxış edəcəklər və mütəxəssislər məhz həmin oyunlardan sonra 2016-cı ildə keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil edəcək oğlan və qızlardan ibarət seçmə komandalara namizədləri müəyyənləşdirəcəklər.