08.05.2015

Şuşasız 23 il

 

Azərbaycanın musiqi beşiyi,  tarixi abidələri, tarixi şəxsiyyətləri, 300 kvadrat kilometr ərazisi, 24.900 əhalisi olan Şuşa şəhəri 08 may 1992-ci ildə ermənilər tərəfindən işğal edilib.

Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

Bu dəhşətli tarixi yaddaşlara həkk etmək, hər an yaddaşımızda olan Şuşanı işğal günündə - mayın 8-də anmaq məqsədilə Bakı şəhəri 186 №-li tam orta məktəbdə “Şuşasız 23 il” mövzusunda tədbir və məktəbin rus dili və ədəbiyyatı müəllimi Anna Pavlovnanın “Mən ürəkdən Qarabağa bağlıyam!”mövzusunda açıq sinif saatı keçilib.

Azərbaycanın dilbər guşəsi , incəsənət , mədəniyyət , ədəbiyyat nümayəndələrini yetişdirən qədim Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 23 – cü ildönümü ilə bağlı keçirilən tədbirdə  məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova şagirdlərlə birlikdə Şuşanın tarixi, tarixi şəxsiyyətləri, məşhur incəsənət, mədəniyyət və ədəbiyyat nümayəndələri ilə bağlı çıxışlar ediblər.

Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Yaqub Hüseynov Şuşanın işğaldan əvvəlki tarixini və işğal zamanı Şuşaya, Şuşa mədəniyyətinə , bütövlükdə Azərbaycana vurulan ağır zərbədən danışaraq, bir daha şagirdləri məlumatlandırıb.

Tədbir şagirdlərin Şuşa və Qarabağ haqqında şeirlər səsləndirməsiylə davam edib.