27.05.2015

Bakı şəhər təhsil müəssisələrinin istedadlı şagirdləri mükafatlandırılıb

 

Bakı  Şəhəri üzrə Təhsil  İdarəsinin əmri ilə təsdiq edilmiş  “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün Fəaliyyət Planı”na əsasən şagirdlər arasında silsilə tədbirlər, inşa yazı  və rəsm müsabiqələri keçirilib. Tədbirlərin yekunu olaraq qaliblərin rəğbətləndirilməsinə həsr olunmuş təltifetmə mərasimi təşkil edilib.

Qeyd edək ki, təhsil müəssisələri, rayon və şəhər üzrə üç mərhələdə  keçirilmiş olimpiada və müsabiqələrə  Bakının 317  tam orta məktəbindən  III - VI siniflər üzrə 128298 məktəbli,  5343 pedaqoji işçi,  IX – XI siniflər üzrə isə 60898 məktəbli,  2722 pedaqoji  işçi cəlb olunub.

 Cari ilin mart-may aylarında keçirilmiş,  Azərbaycan Demokratik  Respublikasının yaradılmasının 97-ci, Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı  ildönümünə  və  İlk Avropa oyunlarınahəsr olunmuş “Milli - Mənəvi İrsimiz - Bizim Tariximizdir”,  “Mənim Vətənim”,  “Sərhədlərimizin keşiyində”,  “İlk Avropa oyunları gənc rəssamların gözü ilə” nominasiyaları üzrə diyarşünaslıq  olimpiadası, inşa yazı  və rəsm müsabiqələrinin şəhər mərhələsinin qalibləri mükafatlandırılıb.

Təltifetmə  mərasimində  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, qaliblərin təmsil olunduqları  məktəblərin  direktorları, tərbiyə işləri üzrə  direktor müavinləri, psixoloqlar, uşaq birliyi rəhbərləri,  müəllimlər,  nominasiyalar  üzrə  təşkilat komitələrinin üzvləri və ekspertlər iştirak ediblər.

Mükafatlandırılma mərasimində qaliblər çıxış edərək yarışmalar barədə öz təəssuratlarını bölüşüblər. Onlar zəhmətlərinin qiymətləndirilməsinə-  mükafatlandırılma tədbirinə görə tədbir təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

Nominasiyalar üzrə yer bölünməsi aşağıdakı kimidir:

“Mənim Vətənim” inşa yazı nominasiyasında  III – IV sinif  yaş kateqoriyaları  üzrə   116 nömrəli məktəb 3 b sinif şagirdi  İsazadə Elvina I  yerə,    299 nömrəli məktəb 4 c sinif şagirdi  Vəliyeva Könül II  yerə, 9  nömrəli məktəb 3 c sinif şagirdi  Mahmudzadə Svetlana III  yerə,  “Mənim Vətənim” inşa yazı nominasiyasında  V – VI  sinif yaş kateqoriyaları  üzrə  117 nömrəli məktəb 5 a sinif şagirdi Rzazadə Zəhra I  yerə, 234 nömrəli məktəb 5 a sinif şagirdi   Həsənli Nurcan  II yerə, 245 nömrəli məktəb 6-cı sinif şagirdi  Hacıbala Zəhra III yerə,  “Sərhədlərimizin keşiyində” inşa yazı nominasiyasında  IX – XI  sinif yaş kateqoriyaları  üzrə              288 nömrəli məktəb 9e sinif şagirdi Kərimova Pəri I  yerə,  165 nömrəli məktəb 10a  sinif şagirdi Hacıyeva Narıngül II  yerə, 149 nömrəli məktəb 10 a sinif şagirdi Şükürlü Ləman III yerə,   “İlk Avropa oyunları gənc rəssamların gözü ilə” rəsm müsabiqəsi üzrə    244 nömrəli məktəb Mehdizadə Lətifə I  yerə, 297 nömrəli məktəb Seyfullayeva Selcan II yerə, 13 nömrəli məktəb Nuriyeva Sevinc  isə III  yerə layiq görülüb.

“Milli - mənəvi irsimiz – bizim tariximizdir” diyarşünaslıq olimpiadası üzrə isə 186 nömrəli məktəbin şagirdi Baxşəliyeva  Nigar, Fərruxova Nazxanım, Əsgərov Şahin  I yerdə, 291 nömrəli məktəbin komandası (Məmmədova Nərmin,Əliyev Əkbər, Abbaszadə Suad) II yerdə, 158 nömrəli məktəbin komandası (Məmmədova Pəri,Əlipənahov Kamran, Heydərov Bəxtiyar) II yerdə və 297 nömrəli məktəbin komandası  (Həmidli Aslan, Rəşidov Əli,  Surxayzadə Toğrul) isə III yerdə qərarlaşıblar.