06.11.2015

“Kross” üzrə Azərbaycan Çempionatı başa çatıb

 

        Bakı şəhəri  5 nömrəli  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirmələri İsmayıllı  rayonunda  keçirilən “Kross” üzrə Azərbaycan Çempionatında  uğurla iştirak ediblər.   

        Belə ki, məktəbin  idmançılarından 4  km məsafəyə qaçışda Əsgərova Aynur - II, Vəliyeva Günel –III, 6 km məsafəyə qaçışda  Rəcəbli Rəqsanə–III, 1 km məsafəyə qaçışda isə  Məmmədova Nika –III yerə layiq görülüb.

        Ümumilikdə  çempionatda  6  komandanı təmsil edən 50-ə  yaxın  idmançı, o cümlədən,  veteran idmançılar da  iştirak ediblər. Çempionatın əsasnaməsinə uyğun  olaraq,  oğlanlar  2-10 km, qadınlar isə 1-6  km məsafələrdə  kross qaçısında  mübarizə aparıblar.

        Qaliblər   diplom və hədiyyələrlə  mükafatlandırılıblar.