04.12.2015

“Bir ovuc rəng, bir ovuc ürək”

 

      28 noyabr 2015 - ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində “Bir ovuc rəng, bir ovuc ürək” adlı tədbir keçirilib.                  

          Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Murat Karaçanta, “Dədə Qorqud” fondunun rəhbəri Eldar İsmayılov, UASB Azərbaycan təmsilçiliyinin bir qrup üzvü, mərkəzin                     “Günəş” rəsm studiyasının dərnək üzvləri və valideynlər iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında birlik yaratmaq və onları sülhə çağırmaq olub.

       Tədbirdə çıxış edənlər keçirilən tədbirin əsas mahiyyəti haqqında məlumat verərək ölkədə sabitliyin və müstəqilliyin sülh yolu ilə əldə ediləcəyinə əmin olduqlarını bildiriblər.

       Çıxışlardan sonra dərnək üzvləri sülh, dostluq, həmrəylik mövzularında rəsmlər çəkiblər. Dərnək üzvləri rəsmlərində mövzu ilə bağlı fikirlərini, bütün dünyanı sülh şəraitində görmək arzularını ifadə ediblər. 

        Sonda dərnək üzvlərinə Beynəlxalq Qadın Sənətçilər dərnəyi tərəfindən diplomlar təqdim olunub.