15.12.2015

“Ekoerudit” məktəblilərin respublika ekoloji breyn-rinq bilik yarışı başa çatıb

 

      “Əhalinin ekoloji təhsili və maaarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı sayəsində 2015-ci ildə elan edilmiş “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışı  başa çatıb.

       Yarışın əsasnaməsinə uyğun olaraq,  Bakı şəhərinin rayonları üzrə qalib gəlmiş 12 komanda  və Şuşa  rayon  komandası zona  turunda  iştirak ediblər. Ekoloji  bilik yarışını qiymətləndirən ekspert qrupunun rəyinə görə qalib yerləri qazanmış üç - Bakı şəhəri 49, 186, 274 nömrəli məktəblərin komandaları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin Eko-parkında  keçirilən respublika turunda  müvəffəqiyyətlə çıxış edərək  Şirvan şəhərinin komandasından sonra müvafiq olaraq  II və III yerlərə layiq görülüblər.

       Final yarışında komandalar ekoloji biliklərini sınaqdan keçirməklə yanaşı, praktik bacarıqlarını da nümayiş etdirərək təcrübi tapşırıqları yerinə yetiriblər.

       Sonda ekoloji breyn-rinq yarışının bütün iştirakçılarına diplomlar və qiymətli hədiyyələr təqdim olunub.