30.12.2015

7 nömrəli məktəbdə General Səməd bəy Mehmandarovun 160 illik yubileyi keçirilib

 

       Dekabrın 24-də Səbail rayonu M.Rahim adına 7 № li tam orta məktəbdə General Səməd   bəy  Mehmandarovun  160  illik yubileyi  təntənəli şəkildəqeyd edilib. Tədbirdə veteran hərbçilər, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, Generalın ailə üzvləri, məktəb kollektivi və valideynlər iştirak ediblər.

       Məktəbin şagirdləri   qonaqlar önündə çıxış edərək öz  hərbi biliklərininümayiş  etdiriblər. Daha sonra  tədbir  məktəb şagirdlərinin konsert proqramı ilə  davam edib.

       Tədbirdə şagirdlər  vətənpərvərlik ruhunda şeirlər söyləyib,mahnıları ifa ediblər.

       Qeyd edək ki,yubiley tədbirində Generalın həyat və fəaliyyətindən bəhs edən video nümayiş edilib, məktəbdaxili hərbi parad keçirilib, dövlət himni səsləndirilib.

       Sonda qonaqlar  məktəbdə yaradılan General Səməd bəy  Mehmandarov guşəsinə,şagirdlərin  hazırladığı  rəsm  əsərlərinə baxıblar.