30.12.2015

Təhsil müəssisələrində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” qeyd olunub

       

   Bakı şəhər ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə  bayram tədbirləri  keçirilmişdir.

       Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin öz xalqının birliyi naminə apardığı siyasət işıqlandırılmış, Həmrəylik gününün tarixi haqqında şagirdlərə məlumat verilmişdir.

    Çıxış edənlər bu bayramın dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığını vurğulamışlar.Təhsil müəssisələrində Həmrəylik gününü  əks etdirən videoçarxlar izlənmişdir.

       Təhsil müəssisələrində “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibətilə  sərgilər təşkil olumuş, divar qəzetləri hazırlanmışdır.

Şagirdlərin vətənlə bağlı söylədikləri şeirlər, teatr səhnələri, onların ifasında milli rəqslər, mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Qonaqlar belə tədbirlərin təhsil müəssisələrində  keçirilməsini müsbət qiymətləndirmişlər. Məktəb rəhbərliyi, müəllimlər və valideynlərin də iştirak etdiyi  yeni il şənlikləri uşaqlar tərəfindən maraqla qarşılanmış, onların sevincinə səbəb olmuşdur.