09.01.2016

“Mən tolerantlığı necə başa düşürəm” mövzusunda tədbir keçirilib

 

       Bakı şəhəri 32 nömrəli tam orta  məktəbdə  “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda tədbir təşkil olunub.

       Tədbirdə  şagirdlərə  tolerantlıq termini, tolerantlıq günü və bu günün yaranması tarixi haqqında məlumat verilib.Şagirdlərin tolerantlıqla bağlı maarifləndirilməsi məqsədi ilə keçirilən tədbirdə qeyd edilib ki,  bir çox millətlərin və dini  konfessiyaların dinc   yaşamasının  unikal nümunəsi  olan  Azərbaycanda   tarixən heç  vaxt  milli və  dini   zəmində   ayrı-seçkilik   və  qarşıdurma  baş verməyib,  qarşılıqlı  etimada  və  hörmətə  əsaslanan  mütərəqqi   milli  mədəni   və  dini   münasibətlər mövcud olub.

       Məktəblilərin  tolerantlıq mövzusunda ifa etdikləri şeir və mahnılar,  göstərdikləri səhnəciklər  tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

       Tədbirin sonunda  “Biz birlikdəyik” adlı aksiya keçirilib. Belə ki, şagirdlər sülh  rəmzi  olan  göyərçinləri  açıq səmaya buraxıblar.