24.02.2016

XXVIII   Spartakiadanın  stolüstü  tennis  yarışı başa çatıb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 258 nömrəli tam orta məktəbin idman zalında paytaxt məktəbliləri arasında XXVIII Spartakiadanın proqramına daxil  olan stolüstü tennis növü üzrə yarışın final mərhələsi keçirilmişdir.

Yarışda 10 rayon komandası tərkibində 20 nəfəri qız olmaqla  50 nəfər iştirak etmişdir. Yarışın nəticəsinə görə, 258 nömrəli tam orta məktəbin komandası I, 87 nömrəli tam orta məktəbin komandası II, 228 nömrəli tam orta məktəbin komandası III, "Gənc istedadlar" liseyinin komandası IV, 238 nömrəli tam orta məktəbin komandası V, 27 saylı tam orta məktəbin komandası VI, 169 nömrəli tam orta məktəbin komandası VII,  244 nömrəli tam orta məktəbin komandası VIII, 239 nömrəli tam orta məktəbin komandası IX və Elitar Gimnaziyanın komandası X yerlərə layiq görülmüşlər.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVIII Spartakiadanın baş hakiminin müavini Salman Əbdülov, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi, XXVIII Spartakiadanın mandat komissiyasının sədri Cəlil Əlizadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.
XXVIII Spartakiadanın şahmat və stolüstü tennis növləri üzrə yarışlarından sonra Xətai rayonu 8 xalla I, Nərimanov rayonu 9 xalla II, Nizami rayonu 9 xalla III, Sabunçu rayonu 10 xalla IV, Nəsimi rayonu 11 xalla V, Yasamal rayonu 11 xalla VI, Qaradağ rayonu 12 xalla VII , Suraxanı rayonu 13 xalla VIII, Binəqədi rayonu 13 xalla IX, Səbail rayonu 15 xalla X və Xəzər rayonu 24 xalla XI yeri tutur.

Qalibləri təbrik edirik !