04.03.2016

“Sənədsiz məktəbli qalmasın” sosial aksiyası çərçivəsində 40 məktəbliyə şəxsiyyət vəsiqəsi təqdim olunub

Bu gün 252 nömrəli tam orta məktəbdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üçün 9 gün davam edən “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası üzrə ilk şəxsiyyət vəsiqələrinin təqdimatı keçirilmişdir. Təqdimat mərasimində 40 uşağa şəxsiyyət vəsiqəsi təqdim olunmuşdur.

Təqdimatda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, “Asan xidmət”in Səyyar xidmətin təşkili şöbəsinin müdiri Kənan Osmanov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Jalə xanım, məktəb rəhbərliyi, valideynlər və şagirdlər iştirak etmişdir.

9 gün ərzində keçirilən aksiya çərçivəsində Sabunçu rayonu 252, 94, 96, 213, 169, 74, 148, 271, 309, 215, 80, 72, 311 nömrəli məktəblərin şagirdləri “Asan xidmət”in səyyar qəbulunda olmuş, səyyar qəbulda 1791 uşaq sənədsiz uşaq qeydiyyatdan keçmişdir.

Bu günlər ərzində 4 saylı Bakı “Asan xidmət” mərkəzində Sabunçu rayonunda yerləşən 78, 90, 198 nömrəli məktəblərdə təhsil alan sənədsiz uşaqların qeydiyyatı da nəzərdə tutulmuşdur.

Nəzərinizə çatdıraq ki, “ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan məktəblərdə şəxsiyyət vəsiqəsi almasını təmin etmək olmuşdur.

Qeyd edək ki, bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək


Açar sözlər: