17.03.2016

Voleybol üzrə Bakı şəhər birinciliyi keçirilib

5 - 15 mart 2016-cı il tarixlərində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Voleybol Federasiyasının idman zalında Bakı şəhər birinciliyi keçirilib.  2000 – 2001 – ci il təvəllüdlü qızlar arasında keçirilən birincilikdə 7 komanda tərkibində 84  idmançı iştirak edib.

Qeyd edək ki, birincilikdə 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin 2, 18 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin 1 voleybol komandası, eləcə də “Gənclər”, “Azerell”, “Lokomativ”, “Nəqliyyat” komandaları qalibiyyət uğrunda mübarizə aparıb.

Final oyunlarında 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbi və “Azerell” komandaları arasında gedən gərgin mübarizədə Uşaq-Gənclər İdman Məktəbinin voleybol komandası 2:1 hesabı ilə qalib gəlib. Yarışda 18 nömrəli Uşaq - Gənclər İdman Məktəbinin komandası III yerə layiq  görülüb.

Bundan başqa, Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Dünya Vəliyeva yarışın ən yaxşı oyunçusu adına layiq görülüb.

Sonda qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.