08.04.2016

Cüdoçular beynəlxalq turnirdə qalib oldular

30 mart - 6 aprel tarixlərində Türkiyə Cümhuriyyətinin Adana şəhərində cüdo idman növü üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 11 nömrəli Uşaq - Gənclər İdman Məktəbinin (UGİM) komandası Azərbaycanı təmsil edib. İdman məktəbi turnirə Azərbaycanın əməkdar məşqçisi Vahid Tarverdiyevin başçılığı altında 7 idmançı ilə qatılıb.

2000-2007-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda Türkiyə, Gürcüstan, Qazaxıstan, Türmənistandan olan cüdoçular da iştirak edib.

Üç çəki dərəcəsi üzrə keçirilən yarışda 11 nömrəli UGİM – in cüdoçularından Əli Hüseynov, Nicat Məmmədli, Elvin Abbasov və Rəhim Bayramlı rəqibləri üzərində qalib gələrək  I, Orxan Məmmədli isə III yerə layiq görülüb.

Sonda cüdoçulara kubok, diplom və qiymətli hədiyyələr təqdim edilib.