05.05.2016

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı ədəbi-bədii kompozisiya təşkil edilib

Bakı Şəhəri  üzrə  Təhsil  İdarəsinin  tabeliyində fəaliyyət  göstərən  31 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi  tərəfindən Nardaran qəsəbəsində yerləşən 130 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya  təşkil edilmişdir.

Mərkəzə məxsus “Bədii tikmə”, “Kağız əl işləri”, “Musiqisevərlər”, “Applikasiya və dekorativ rəsm”, “Dizayn studiyası” dərnəklərinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Tədbirdə  bütün mənalı ömrünü xalqımızın nicatına həsr etmiş dahi şəxsiyyətin  ölkəmizin müstəqilliyinin əldə olunmasında, qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətləri barədə şagirdlərə məlumat verilib.     

Çıxış edənlər  Ulu Öndərin gənc nəslin bilikli, savadlı, bacarıqlı, vətənpərvər böyümələri üçün gördüyü işlərdən danışmış, şagirdlərə Ümummilli Liderin keçdiyi şərəfli həyat yolundan, onun Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər Siyasətinin bu gündə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi  və gənclərin qarşısında duran vəzifələrdən bəhs etmişdilər.

Şagirdlərin  hazırladığı ədəbi -musiqili tədbirdə şeirlər söylənilmiş,  mahnı,rəqslər ifa edilmişdir. Ulu öndərin təhsil,məktəb və gənc nəsl haqqında söylədiklərindən statlar söylənilmiş,onun həyat yolunu əks  etdirən videoçarx   nümayiş olunmuşdur.