03.06.2016

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Multikulturalizm ili” çərçivəsində mühazirələr təşkil edilib

Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar olaraq  multikulturalizm  ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi, geniş təbliğ olunması, müxtəlif ölkələrin tarixi, mədəniyyəti, mənəvi dəyərlərinin böyüməkdə olan gənc nəslə çatdırılması,  onlar  arasında qarşılıqlı anlaşma, hörmət hisslərinin formalaşdırılması,  dostluq və əməkdaşlıq münasibətlərinin  yaradılması məqsədilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi  tərəfindən  cari ilin  aprel-may aylarında   təhsil müəssisələrində  xüsusi  cədvələ  uyğun olaraq  mühazirələr  təşkil olunmuşdur.

Mühazirələr  Bakı  Beynəlxalq Multikulturalizm Mərkəzi,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bilik Fondu, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Neft Kimya Prosesləri İnstitutu, Azərbaycan Dövlət  İqtisad Universitetinin nümayəndələri tərəfindən aparılmışdır.

Bakı şəhəri  8, 14, 18, 31, 34, 36, 44, 45, 47, 54, 91, 158, 162, 164,  175, 177, 189-190, 193, 202, 211, 212, 236, 304, 308,  329 nömrəli tam orta məktəblər, 16 nömrəli Texniki-Humanitar lisey,  49 nömrəli “İntellekt” məktəb-lisey, 160 nömrəli Klassik Gimnaziya,   287 nömrəli “Zəkalar” liseyi,  291 nömrəli Ekologiya liseyi, Məktəb-Lisey Kompleksi, Texniki Humanitar Liseydə təşkil edilən mühazirələrə ümumilikdə  2583  şagird, 335  pedaqoji işçi cəlb olunmuşdur.

Tədbirlərdə  “Multikulturalizmin Azərbaycan modeli”, “Multikulturalizm və vətənpərvərlik”, “Azərbaycanda  multikulturalizm”, “Azərbaycanda  multikulturalizm və dinlərarası dialoq”, “Azərbaycanda multikultural  dəyərlər”  mövzularında  mühazirələr  dinlənilmişdir.

Mühazirəçilər tərəfindən  Azərbaycançılıq ideologiyasının əsasında tolerant və multikultural dəyərlərin yer aldığı şagirdlərin nəzərinə çatdırılmış, ölkəmizdə müxtəlif xalq və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, heç bir ayrıseçkiliyə məruz qalmadan yaşadıqlarını və bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığı qeyd edilmiş,  milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə, dərindən öyrənilməsinə, təbliğinə geniş şərait yaradıldığı vurğulanmışdır.  “Multikulturalizm ili” çərçivəsində   həyata keçirilən işlərdən danışılmış, mövzu ətrafında  şagirdlərlə fikir mübadiləsi aparılmış, onların sualları cavablandırılmışdır.


Açar sözlər: ,  ,