21.06.2016

“Vətənpərvərliyin  təbliğində  ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində tədbirlər təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və  Əsgər Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən   şəhərin 3, 102, 135, 157 və 248 nömrəli tam orta məktəblərində  “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihəsi çərçivəsində tədbirlər keçirilib.

Layihənin  rəhbəri  Mətanət  Əsgərqızı  bu günümüz üçün böyük vətənpərvərlik məktəbi qoyan qəhrəmanlarımız  haqqında söz açıb.

Məktəblilər “Cümhuriyyət”,  "Adsız qəhrəmanlar" silsiləsindən şəhid Natiq Qasımova həsr olunmuş filmlərə baxıblar. Daha sonra diskussiyalar keçirilib, şagirdlərin  Azərbaycanın tarixi dövrləri ilə bağlı  sualları cavablandırılıb.  

Çıxış edən qonaqlar  belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində, vətəndaş kimi yetişmələrində müsbət rol oynadığını vurğulayıblar.

Layihədə fərqlənən şagirdlərə müxtəlif hədiyyələr, Azərbaycan tarixini əks etdirən boşqablar, bayraqlar, döş nişanları bağışlanılıb.