05.07.2016

Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılıması və idmana marağın artırılmasına dəstək” layihəsi həyata  keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və idmana marağın artırılmasına dəstək” layihəsi həyata keçirilib.

Layihə ilə bağlı keçirilən tədbiri giriş sözü ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə açıb. Çıxışı zamanı Birliyin sədri layihənin əsas məqsədinin məktəblilərdə, xüsusən aztəminatlı ailələrdən olan şagirdlərdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi, onların sağlam həyat tərzinə cəlb olunması və onlarda idmana marağın artırılması olduğunu bildirib. Qeyd edək ki, “Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və idmana marağın artırılmasına dəstək” layihəsi ilkin olaraq, Binəqədi rayonu ərazisində yerləşən 5 məktəbdə - 83, 276, 283, 126 və 244 saylı məktəblərdə həyata keçirilib. Layihə çərçivəsində ekspertlər tərəfindən rəsm, şahmat, voleybol və basketbol üzrə xüsusi istedadlı şagirdlər aşkar olunub, məktəbdaxili turlar təşkil olunub.

Sonda məktəbdaxili yarışma və müsabiqələrdə iştirak edən şagirdlər təşəkkürnamə ilə təltif olunublar. Qalib komandalara kubok, medal və xatirə hədiyyələri təqdim olunub.