14.07.2016

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu  üçün qeydiyyat yekunlaşır

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə keçirilən müsahibələrə mektebeqebul.edu.az saytı vasitəsilə aparılan qeydiyyat 15 iyul saat 00:00-da yekunlaşacaqdır.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu məqsədilə keçirilən müsahibələr iyun ayının 20-dən etibarən həyata keçirilir.

Müsahibələrdə xüsusi istedada malik uşaqlar 4 meyar üzrə - məntiqi təfəkkürün inkişafı, sadə hesablama bacarıqları, dünyagörüşü və şifahi nitqin inkişafı üzrə yoxlanılır, qiymətləndirilir.

Bu günə olan məlumata əsasən, Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilən müsahibələrdə  2420 nəfər uşaq iştirak etmişdir.

Ümumilikdə bu günədək 6 yaşı tamam olmayan 4736 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçilmişdir. 


Açar sözlər: ,  ,  ,  ,