11.10.2016

Məktəblilər üçün maarifləndirici təlim keçirilib

Məktəblilərin ekoloji və insan alveri mövzularında maarifləndirilməsi, şagirdlərin ekoloji savadlılığının artırılması, onlarda ətraf mühitin qorunması ilə bağlı sosial bacarıqların formalaşdırılması məqsədilə Bakı şəhərindəki 328 nömrəli tam orta məktəbdə təlim keçirilib.

“Yaşıl dünyamız–sağlam gələcəyimiz” adlı fərdi layihə çərçivəsində təşkil olunan təlimdə ekoloji problemlər, onların fəsadları, dünyada və ölkəmizdə mövcud olan müvafiq problemlərin həlli yolları barədə geniş müzakirə aparılıb.

Təlimdə həmçinin, insan alveri ilə bağlı problemin səbəblərininin araşdırılması və prosesin qarşısının alınmasında cəmiyyətin dəstəyi, insan əməyinin hər cür istismarının mənfi təsirləri barədə şagirdlərə məlumat verilib.


Açar sözlər: ,  ,