07.11.2016

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarıb

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edib. Sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.
            İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində http://edu.gov.az/upload/file/layihe-senedi/mektebe qeder_tehsilin_dovlet_standartlari.pdf həmin sənədlə tanış ola bilərlər.
            Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür. 


Açar sözlər: