Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə Milli Dirçəliş Gününə həsr olunmuş “Ağ çələngli Azərbaycan” mövzusunda konfrans keçirilib.
Tədbirdə Yasamal rayonunda yerləşən ümumi təhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, uşaq birliyi rəhbərləri və şagirdlər iştirak ediblər.
Öncə şagirdlər dövlət bayrağını salona gətiriblər.
Çıxış edənlər XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildirib, dirçəliş yolunda verilən qurbanlardan, xalqımıza qarşı aparılan düşmənçilik siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin ayağa qalxmasından, baş qaldıran milli azadlıq hərəkatından danışıblar.
Konfrans şagirdlərin çıxışları ilə davam edib. Məktəblilər vətənpərvər mövzuda şeirlər söyləyiblər.