18.11.2016

“Kreativ gənclər” layihəsi çərçivəsində görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində “Kreativ gənclər” layihəsi çərçivəsində görüş olub. 

Uşaq və yeniyetmələrin, eləcə də onların əlil həmyaşıdlarının təhsilə marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və intellektual inkişafına təkan vermək məqsədi daşıyan layihə “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi tərəfindən reallaşdırılır.

Layihə çərçivəsində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 108,187, 209, 255, 293 nömrəli tam orta məktəblərdə pedaqoji heyət və şagirdlərlə görüşlər keçirilib.

VIII-XI sinif şagirdləri ilə keçirilən görüşlərdə peşə seçimi, idman, sağlam həyat tərzi, yeni informasiya texnologiyalarından istifadə, ictimai  həyatda gənclərin rolu, xüsusilə qızların ictimai həyatda fəal iştirakı barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Kreativ gənclər” layihəsi çərçivəsində  iştirak edən şagirdlərə xüsusi hazırlanmış dəftərxana dəstləri (təsvirli çanta,  təsvirli döş nişanları, təsvirli qeyd dəftərçəsi, qələmlər və digər hədiyyələr) təqdim edilib.


Açar sözlər: ,  ,  ,