29.11.2016

Müəllim və valideynlərin müraciəti dinləniləcək

Dekabrın 2-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 276 nömrəli tam orta məktəbdə (Ünvan: Binəqədi rayonu Naxçıvani küçəsi 38) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönləndiriləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.


Açar sözlər: ,  ,  ,