29.11.2016

Pilot məktəblərdə həyata keçirilən yol təhlükəsizliyinə dair layihə başa çatıb

“Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsinin yekunlarına dair mətbuat konfransı keçirilib.

Mətbuat konfransında “Həyat” Humanitar Dəstək İctimai Birliyi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər İctimai Təhlükəsizlik İdarəsi, rayon icra hakimiyyəti orqanları, 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi,  Bakı şəhərinin ümumi təhsil müəssisələri arasından seçilmiş 10 pilot məktəbin nümayəndələri iştirak ediblər.

Mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılmış layihə çərçivəsində görülən işlər, müəyyən edilmiş pilot məktəblərdə keçirilən məlumatlandırma sessiyaları haqqında məlumat verilib. Həmçinin, yol təhlükəsizliyi pasportunun əhəmiyyəti və yol-nəqliyyat hadisələrinin azalmasında təbliğat işlərinin rolu barədə söhbət açılıb.


Açar sözlər: