13.12.2016

Məktəblilər beynəlxalq olimpiadadan 5 medalla qayıdıblar

İndoneziyanın Bali şəhərində yeniyetmələrin 13-cü Beynəlxalq Elm olimpiadası (İJSO) keçirilib. Dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadaya Azərbaycandan 6 şagird qatılıb.

Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Turan Bayramlı, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Günel Həsənova, “İstedad” liseyinin şagirdi Şəbnəm Nəbizadə, “İstək” liseyinin şagirdləri Turan Məmmədli və Ramil Babazadə bürünc medal qazanıblar.

Fizika, kimya və biologiya fənləri üzrə təşkil edilən olimpiada 3 mərhələdə keçirilib. İştirakçıların ilk iki mərhələdə nəzəri bilikləri, 3-cü mərhələdə isə praktiki bacarıqları yoxlanılıb.

Cari ilin noyabrında Olimpiadalara hazırlıq mərkəzlərində keçirilən seçim imtahanının nəticələrinə əsasən, Azərbaycanı təmsil edən şagirdlər müəyyən olunub və onlar üçün intensiv hazırlıq məşğələləri təşkil edilib.


Açar sözlər: