27.12.2016

“Məktəblilərin maarifləndirilməsi üçün ekoloji layihə” adlı müsabiqəyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “ASAN xidmət” və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə ekoloji maarifləndirici layihəyə start verilib.

Layihənin məqsədi məktəblilər arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, yaşıl təfəkkürü formalaşdırmaq, kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. 

Müsabiqə paytaxtdakı 42, 45, 47 və 258 nömrəli tam orta məktəbləri əhatə edir. Müsabiqəyə qatılmış mətkəblərin şagirdləri topladıqları kağız tullantılarını 1 saylı “ASAN xidmət” mərkəzinə təhvil verə bilərlər.

Layihə çərçivəsində aksiyaya qoşulan hər bir təhsil müəssisəsinin 20 ən fəal şagirdinə topladıqları kağız tullantılarının həcminə uyğun olaraq, kitab və diplom veriləcək. Mükafat kimi şagirdlər ekoloji maarifləndirici ekskursiyada iştirak etmək şansı qazanacaqlar. Ekskursiya zamanı şagirdlər Azərbaycan Kağız və Karton İstehsalat kombinatında kağızın təkrar emal olunması prosesi ilə tanış olacaqlar.


Açar sözlər: ,  ,