13.01.2017

Müəllim və valideynlər qəbul edilib 

Yanvarın 13-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 229 nömrəli tam orta məktəbdə keçirilmiş qəbula gələn vətəndaşlar şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, təhsil müəssisələrinin zəruri ləvazimatlarla təminatının artırılması, idman meydançalarının abadlaşdırılması, fənn kabinetlərinin yaradılması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.


Açar sözlər: ,  ,  ,