14.03.2017

“Yaşıl məktəb” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Yaşıl  məktəb” layihəsinə start verilib.

“Yaşıl məktəb” layihəsinin əsas məqsədi məktəbyanı sahələrin yaşıllaşması, məktəblilərə calaqetmə vərdişlərinin aşılanması, canlı guşələrin və məktəb oranjeriyasının yaradılmasının təmin edilməsindən ibarətdir. Həmçinin canlı aləmə münasibətdə düzgün yanaşmanın vərdişə çevrilməsi əsas hədəflərdəndir.

“Yaşıl məktəb” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və SOCAR-ın Ekologiya İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilir.

246 nömrəli məktəb-liseydə keçirilən açılış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, SOCAR-ın Ekologiya İdarəsinin əməkdaşları, müəllim, valideyn və şagirdlər iştirak ediblər.

Tədbirdə “Yaşıl məktəb” layihəsinin mahiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, ilk olaraq layihəyə həyətyanı sahəsi və məktəb bağı yaradılması şəraiti olan 40 məktəb cəlb edilib. Layihə çərçivəsində 40 ümumi təhsil müəssisəsində məktəb bağının salınması nəzərdə tutulub. 


Açar sözlər: ,  ,  ,