25.05.2017

Məktəblilərin hərbi idman bayramı keçirilib

Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Təlimdə tər, döyüşdə zəfər!" devizi altında hərbi idman bayramı keçirilib.

Hərbi idman bayramının keçirilməsində məqsəd hərbi-fiziki hərəkət və oyunlarını tədqiq etmək, onların müxtəlif növlərinin mahiyyətini və məzmununu açmaqla gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq, yeniyetmə və gəncləri maarifləndirmək, vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Akademik Zərifə Əliyeva adına liseydə keçirilən hərbi idman bayramında 100-ə yaxın şagird iştirak edib. Şagirdlər I yer uğrunda bütün səy və bacarıqlarını səfərbər ediblər.

Qeyd edək ki, keçirilən hərbi idman oyunlarına Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri, Azərbaycan Respublikası Əmək və Müharibə Veteranları Təşkilatının əməkdaşları, Qarabağ müharibəsi veteranları və Milli Qəhrəmanlar dəvət edilib.  

Çıxış edənlər şagirdlərin gələcəkdə vətənə bacarıqlı əsgər, dövlətə layiqli vətəndaş olacağına əminliklərini ifadə ediblər. 

Sonda qaliblərə kubok və Fəxri fərman verilib.