13.06.2017

Maliyyə savadlılığına dair təlimlər 

"Məktəblinin dostu" pilot layihəsinin əməkdaşları üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.

Təlimlər Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.

Təlimlərin keçirilməsinin əsas məqsədi "Məktəblinin dostu" pilot layihəsi əməkdaşlarının ilkin iqtisadi bilik və bacarıqlarının artırılmasından ibarətdir.         

Ümumilikdə, pilot layihənin 100 iştirakçısı maliyyə savadlılığının kurikuluma inteqrasiya edilən elementlərinə dair peşəkar təlimlərə qatılıb.

Layihə çərçivəsində qruplar üzrə təşkil edilmiş təlimlərdə maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib.

Təlimlərin yekununda qiymətləndirmə aparılıb. Nəticələrə uyğun olaraq, pilot layihənin əməkdaşlarına sertifikatlar təqdim ediləcək.