23.06.2017

 Pedaqoji Şuraların iclasları keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2016-2017-ci tədris ilinin başa çatması ilə əlaqədar Pedaqoji Şuraların iclasları keçirilir.

Yığıncaqların təşkil olunmasında əsas məqsəd görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir.

Pedaqoji Şuraların toplantılarında məktəb direktorlarının və müavinlərinin məruzəsi, sinif rəhbərlərinin hesabatı dinlənilir.

Yığıncaqlarda ötən dərs ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi, fərqlənən məktəblilərin təltif edilməsi, məzunlara təhsil haqqında dövlət sənədlərinin verilməsi, pedaqoji heyətin növbəti tədris ili üçün təxmini dərs bölgüsü və digər məsələlər müzakirə olunur, müvafiq qərarlar qəbul edilir.  

İclasların sonunda 2016-2017-ci tədris ilində fərqlənən müəllimlər Fəxri fərman və təşəkkürnamə ilə təltif olunur. 


Açar sözlər: ,