06.10.2017

Səyyar qəbul keçirilib

Oktyabrın 6-da paytaxtda müəllim və valideynlərin ilk səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 168 nömrəli tam orta məktəbdə paytaxtın Xəzər və Pirallahı rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, idman zalının müasir avadanlıqlarla təchiz olunması, kitabxana və laborant vəzifələri üzrə işə qəbul müsabiqəsi, fənn kabinetləri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.


Açar sözlər: