08.11.2017

Məktəblilər arasında stolüstü tennis yarışı

Məktəblilərdən ibarət komandalar arasında stolüstü tennis üzrə yarış keçirilib.

Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 244 nömrəli tam orta məktəbdə təşkil olunub.

Stolüstü tennis üzrə yarış Binəqədi rayonunun ümumi təhsil müəssisələrini əhatə edib.

Yarışın nəticələrinə əsasən, 267 nömrəli məktəb-liseyin komandası I, 244 və 143 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq II, III yerləri tutub.