17.11.2017

Üç rayon üzrə qəbul keçirilib

Noyabrın 17-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 117 nömrəli tam orta məktəbdə paytaxtın Xəzər, Pirallahı və Sabunçu  rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, məktəbəhazırlıq qrupları, məktəblərin həyətində abadlıq işlərinin aparılması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.


Açar sözlər: