14.12.2017

Avropa çempionatında növbəti qələbə

Paytaxt məktəblisi kombat ciu-citsu idman növü üzrə Avropa çempionatında I yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 55 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xədicə Baxışlı Ukraynada keçirilən çempioanatda 14-15 yaşlı qızlar arasında 47 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb. 

X.Baxışlı diplom və medalla təltif olunub.

Qeyd edək ki, X.Baxışlı 2015, 2016 və 2017-ci illərdə kombat ciu-citsu idman növü üzrə Bakıda təşkil olunan beynəlxalq turnirlərdə I yeri tutub.