18.01.2018

Əcnəbi şagirdlər paytaxt məktəblərində

Artıq azərbaycanlı məktəblilər xarici ölkələrdə təhsil aldığı kimi, əcnəbi şagirdlər də Azərbaycanın ümumi təhsil məktəblərində oxuyurlar. Bu, son illərdə həyata keçirilən mütərəqqi islahatlar sayəsində Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasının bariz nümunələrindən biridir.

Əcnəbi şagirdlər “Mədəniyyətlərarası Mübadilə Proqramları” çərçivəsində paytaxt məktəblərində təhsillərini davam etdirirlər.

Eyni zamanda, onlar maraqlarına əsasən, məktəb daxilində könüllü əsaslarla rəqs, rəsm dərnəklərinə cəlb olunur, yeni dostlar qazanırlar. Həmçinin, şagirdlər Azərbaycan mədəniyyətini yaxından tədqiq edir, xüsusilə Azərbaycan dilini, milli rəqsləri sevərək öyrənirlər.

Qeyd edək ki, “Mədəniyyətlərarası Mübadilə Proqramları” çərçivəsində Viki Leoni Sofiya 82 nömrəli tam orta məktəbdə, Volf Kristina 252 nömrəli məktəb-liseydə, Çuda Zuzana isə 160 nömrəli Klassik Gimnaziyada təhsilini davam etdirir.