31.01.2018

Yarış qalibləri mükafatlandırılıb

Məktəblilər arasında dama idman növü üzrə yarış keçirilib. 

Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 10 nömrəli tam orta məktəbdə təşkil olunub.

Yarışda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər. 

Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 129, 272 və 251 nömrəli tam orta məktəblərin şagirdləri müvafiq olaraq I, II, III yerlərə layiq görülüb.

Qaliblər medal və diplomla təltif edilib.