15.02.2018

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək

Ümumi təhsil müəssisələrində xüsusi sosial qayğıya ehtiyacı olan uşaqlara sosial xidmət göstərməklə bağlı maarifləndirmə tədbirləri keçirilir.

Maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, baxımsız, kimsəsiz, sağlamlıq imkanları məhdud  və yardıma ehtiyacı olan 8 yaşdan yuxarı yetkinlik yaşına çatmayan uşaqlara sosial xidmət göstərməkdən ibarətdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə dəstəyi ilə təşkil olunan layihə çərçivəsində Sabunçu rayon məktəblərində təhsil alan köməyə ehtiyacı olan şagirdlər Reabilitasiya Müəssisəsinə cəlb olunurlar.

 Keçirilən maarifləndirmə tədbirləri məktəb kollektivi və valideynlər tərəfindən böyük maraqla qarşılanır, müvafiq müzakirələr aparılaraq tədbir iştirakçılarının sualları cavablandırılır.

Qeyd edək ki, “Baxımsız, Kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə” cəlb olunan uşaqlarla və onların ailələri ilə təcrübəli sosial işçi, psixoloq, pedoqoq və idman mütəxəssisi məşğul olur. Onların təhsilə cəlb edilməsi, davamiyyətinin təmin olunması üçün məktəblərlə iş aparılır, müvafiq peşəyə yiyələnmə imkanları araşdırılır.


Açar sözlər: ,  ,