16.02.2018

Paytaxt məktəblisi Avropa çempionatında

Paytaxt məktəblisi ciu–citsu idman növü üzrə Rusiyada keçirilən açıq Avropa çempionatında II yerə çıxıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 278 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Xəqani Mürsəlov 50 kiloqram çəki dərəcəsində rəqibləri üzərində qələbə qazanıb.

Qeyd edək ki, 2015-ci ildən ciu–citsu ilə məşğul olan X.Mürsəlov həm ölkə, həm də beynəlxalq səviyyəli idman turnirlərinə qatılıb. Rusiya, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarışlarda yüksək yerlər tutan məktəbli, ümumilikdə, 32 yarışda  20 qızıl, 9 gümüş və 3 bürünc medala layiq görülüb.