04.04.2018

Məktəblərarası intellektual oyun

Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil olunub.  

“Vətəni tanı!” adlı yarışda Suraxanı rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər. 

İntellektual oyunun keçirilməsində əsas məqsəd məktəbliləri Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri barədə daha ətraflı məlumatlandırmaq, həmçinin, onların bilik, bacarıq və dünyagörüşünü artırmaqdan ibarətdir.  

Yarışın nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 278, 226 və 140 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II, III yerlərə layiq görülüb.

Qalib komandalar müvafiq dərəcəli diplomla təltif edilib.