25.05.2018

Olimpiada qalibləri: Onları siz də tanıyın! - VI

2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Azərbaycan Təhsil Portalının (Az.edu.az) birgə layihəsi çərçivəsində olimpiada qaliblərini təqdim edirik. Onları Siz də tanıyın.

 

Allahverdiyev Elbar Əlibaba oğlu 

 

26 iyun 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 182 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 182 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Nümunəvi davranışı və fəallığı ilə seçilən şagirdlərdəndir.

2015-2016-cı tədris ilində Respublika Fənn Olimpiadalarında tarix fənni üzrə gümüş, 2016-2017-ci tədris ilində eyni fənn üzrə bürünc, 2017-2018-ci tədris ilində isə qızıl medalın sahibi olub.

Humanitar fənlərə böyük marağı var.

Hüquqşünas olmağı arzulayır.

 

 

 

 

 

 

 

 

Feyziyeva Nərminə Yusif qızı 

 

21 sentyabr 2002-ci ildə anadan olub. 2009-cu ildə Bakı şəhəri 267 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 267 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Tədris nailiyyətləri və davranışı ilə fərqlənir.

2016-2017-ci tədris ilində Respublika Fənn Olimpiadalarında riyaziyyat fənni üzrə II, 2017-2018-ci tədris ilində kimya fənni üzrə III yerə layiq görülüb.

Musiqiyə və təbiət elmlərinə böyük marağı var.

Arzusu həkim olmaqdır.

 

 

 

 

 

 

 

 

Xəlilova Suray Mehman qızı 

 

20 fevral 2006-cı ildə anadan olub. 2012-ci ildə Bakı şəhəri 53 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 53 nömrəli tam orta məktəbin VI sinif şagirdidir. İstedadı və təfəkkürü ilə seçilən şagirdlərdəndir.

2016-2017-ci tədris ilində Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə finala qədər yüksəldiyi üçün sertifikatla təltif edilib.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında isə informatika fənni üzrə gümüş medalın sahibi olub.

Mütaliəyə və rəsm çəkməyə böyük marağı var.

Arzusu beynəlxalq olimpiada qalibi olmaqdır.

 

 

 

 

 

 

 

 

 

Əliyev Fərid Ruslan oğlu 

 

26 noyabr 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri üzrə 72 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 72 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Çalışqan və nümunəvi şagirdlərdəndir.

2018-ci ildə Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən kimya olimpiadasında I yeri tutub.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə bürünc medalın sahibi olub.

Üzgüçülüyə böyük marağı var. Cüdo ilə məşğuldur.

Arzusu cərrah olmaqdır.

 

 

 

 

 

 

 

Abdullayev Tural Xanhüseyn oğlu 

 

4 oktyabr 2004-cü ildə anadan olub. 2011-ci ildə Bakı şəhəri 128 nömrəli nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 128 nömrəli tam orta məktəbin VIII sinif şagirdidir. Məktəbin ictimai tədbirlərində fəal iştirakı ilə fərqlənir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında kimya fənni üzrə I yeri tutaraq qızıl medalın sahibi olub.

Riyaziyyat və təbiət elmlərinə böyük marağı var.

Həkim-kardioloq olmağı arzulayır.