25.05.2018

İkinci qrant müsabiqəsinin qalibləri

Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibləri bəlli olub.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrindən 5, 18, 19, 22, 36, 55, 78,  84, 116, 163, 164,  251, 202, 319 nömrəli tam orta məktəblər, 291 nömrəli Ekologiya Liseyi və Məktəb Lisey Kompleksinə məxsus layihələr Ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasındadır.

Qalib gəlmiş layihələr arasında “Ümumi təhsil pilləsi üçün inteqrativ dərsliklərin hazırlanma təcrübəsinin araşdırılması və yerli modelin yaradılması”, “İbtidai siniflərin kurikulumunun praktik STEM məşğələləri ilə zənginləşdirilməsi”, “Məhdudiyyətsiz innovasiyalar”, “Şagird-mentor”, “İnklüziv təhsildə elektron lövhə”, “Məktəbdə milli-mənəvi dəyərlərin qorunması və təbliği mərkəzinin yaradılması”, “Yuxarı sinif şagirdlərinin kimya, biologiya və fizika fənlərinə olan marağının artırılması məqsədlə ümumşəhər bilik yarışlarının təşkili” və digər müvafiq mövzular üstünlük təşkil edib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 14 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.

Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr arasında “Birinci sinif şagirdlərinin məktəbə psixoloji adaptasiyası”, “Riyaziyyat olimpiadalarına hazırlıq üçün ilkin vəsaitlər”, “Mənim sevimli texnoparkım”, “Robototexnika mərkəzi”, ““İnternetdə Uşaqların təhlükəsizliyi” mövzusunda Bakı məktəbləri arasında birinci videoçarx müsabiqəsi”, “Şagirdlərin oxu bacarıqlarının inkişafı” və digər mövzulara xüsusi yer verilib.

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.


Açar sözlər: