14.06.2018

Bakı təhsili keyfiyyət ilində...

 

2017-2018-ci tədris ili keyfiyyətin artırılması istiqamətində görülən genişmiqyaslı işlər və parlaq uğurlarla əlamətdardır. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib, çoxsaylı layihələr, müsabiqələr həyata keçirilib, təlimlər, tədbirlər və görüşlər təşkil edilib. Tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi və təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə BŞTİ və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanları səfərbər edilib.

 

Ümumi təhsil

 

  • BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 875 müəllim fəaliyyət göstərir.
  • Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 15 844 sinifdə 404 542 şagird təhsil alıb.
  • 2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini 19 192 nəfər bitirib. 638 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirib.
  • 2017-2018-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş müəssisələrin təntənəli açılış mərasimləri keçirilib. Açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib. 2018-2019-cu tədris ili üçün Bakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Binəqədi rayonu üzrə 179 və 300, Qaradağ rayonu üzrə 223, Sabunçu rayonu üzrə 78, 187, 192, 198 və 295 nömrəli tam orta məktəblər, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyası və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpası nəzərdə tutulur.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə keçirilib. Müvafiq müsabiqədə iştirak etmək üçün müraciət etmiş 1 759 uşaqdan 1 640-ı uğur qazanıb.
  • 2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.  Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 849 uşaq qəbul olunub.  
  • 2017-2018-ci dərs ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib. BŞTİ-nin tabeliyindəki 233 məktəbdə 454 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib. Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub.  Ümumi təhsil müəssisələrinin növbəti tədris ili üçün verdiyi proqnoza əsasən, 2018-2019-cu dərs ilində 217 məktəbdə 483 təmayül sinfinin açılacağı planlaşdırılıb.
  • Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçirilib. İmtahanlarda 33 nəfər iştirak edib. İmtahanların nəticələrinə əsasən, onlardan 24 nəfəri müvəffəq olub.
  • Əvvəlki illərdə tam orta təhsilini (XI sinif) bu və ya digər səbəbdən başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib. İmtahanlarda 381 nəfər iştirak edib. İmtahanların nəticələrinə əsasən, onlardan 334 nəfəri müvəffəq olub.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin bir sıra şagirdləri II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər. Belə ki, III ixtisas qrupu üzrə 45 nömrəli tam orta məktəbin şagirdi Elvin Kərimli, 89 nömrəli tam orta məktəbin şagirdi Şayxanım Həsənova, 214 nömrəli tam orta məktəbin şagirdi Leyli Əhmədova və Texniki-Humanitar Liseyin şagirdi Zeynəb Quluzadə bütün test suallarına düzgün cavab verərək 700 bal toplayıblar.

 

Məktəbə qəbul

 

  • Birinci sinfə şagirdlərin elektron sistem vasitəsilə qəbulu ilbəil təkmilləşdirilir. Belə ki, valideynlər elektron ərizəni dolduran zaman məktəb və təlim dili ilə yanaşı, müəllim seçimini də sistem vasitəsilə yerinə yetiriblər. Həmçinin, sənədlər məktəbə təqdim edilən zaman uşaqlar müsahibəyə cəlb  olunmayıb. Eyni zamanda, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə, prioritetlər (valideynin mikroərazidə yaşaması, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılıb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” Liseyinə I sinfə qəbul zamanı ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələri qeydə alınıb. Həmin təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan vətəndaşların uşaqları müsabiqədənkənar qəbul edilib. Həmçinin, birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb. Belə ki, indiyədək mektebeqebul.edu.az saytının “Əlaqə” bölməsində valideynlər yalnız qısa suallara cavab ala bilirdilərsə, artıq bu bölməyə yazılan müraciətlər rəsmi müraciət kimi qəbul edilib və müvafiq müddət ərzində cavablandırılıb
  • 2018-2019-cu tədris ili üçün I sinfə mektebeqebul.edu.az saytı vasitəsilə 42 000-dən çox sorğu yerləşdirilib. Onlardan təxminən 39 000-i ümumi təhsil məktəbini, 3 500-ü lisey və gimnaziyanı seçib. Bu, paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizinə yaxın göstəricidir. 2018-2019-cu tədris ilində I sinfə 50 000-dən çox uşağın qəbulu proqnozlaşdırılır.
  • İlk dəfə olaraq məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilib. BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində 868 məktəbəhazırlıq qrupunda 24 129 uşaq təhsil alıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır.
  • Qeyd edək ki, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün beşyaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2017-2018-ci tədris ilində məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə, beşyaşlıların 65 faizi həddinə çatdırılıb. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcək.
  • Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli və peşəkar ibtidai sinif müəllimləri seçilib və onlar üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlim kursları keçirilib. Təlimlərdə 870 ibtidai sinif müəllimi iştirak edib. Eyni zamanda, məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib.

 

İşə qəbul

 

  • Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2017-2018-ci dərs ili üçün 1349 vakansiya təqdim olunub. Tədris ilinin əvvəlinə 990 nəfər daimi əsaslarla işə qəbul olunub. Müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 900-dən artıq müəllim işə qəbul üçün göndərilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müsahibələrin nəticələrinə əsasən, vakant vəzifələr üzrə çalışan daha 133 nəfərin daimi əsaslarla işə qəbuluna razılıq verilib.
  • 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi tərəfindən 04.06.2018-ci il tarixdə start verilən müəllimlərin yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 641 vakansiya təqdim olunub.
  • 2018-ci il yanvarın 1-dən ötən ilin aprel-may aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqısı artırılıb. Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli Sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub. Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 552 manat təşkil edir.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan, diaqnostik qiymətləndirilmədə müəyyən səbəblərdən iştirak etməyən və ya öz nəticələrini yaxşılaşdırmaq məqsədilə təkrar iştirak etmək istəyən 2622 nəfər müəllim, direktor və direktor müavini diaqnostik qiymətləndirməyə qatılıb.
  • 2017-2018-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə zəruri keçid balını toplayaraq BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin fəaliyyəti aparılan monitorinqlər nəticəsində qiymətləndirilərək, onlar arasından 105 müəllimin çalışdıqları ümumi təhsil müəssisələrinə müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə Təhsil Nazirliyi tərəfindən razılıq verilib.
  • 2017-ci ilin iyun ayında Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi proqram təminatı tətbiq edilməklə aparılıb. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin rayondaxili (şəhərdaxili) yerdəyişməsi çərçivəsində 183 müəllimin, Təhsil Nazirliyi sisteminə daxil olan digər ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin respublika daxili yerdəyişməsi çərçivəsində  isə 92 müəllimin iş yeri BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə dəyişdirilib.
  • Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, uşaq birliyi rəhbərləri, mühəndis-teхniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi həyata keçirilib. Artıq 4 ildən çoxdur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul müsabiqə qaydasında həyata keçirilir. Daxil olmuş müraciətlər və yaranan vakansiyalarla əlaqədar vaxtaşırı müsabiqələr təşkil edilir və qənaətbəxş nəticə göstərən şəxslərin müvafiq vəzifələrə işə qəbulu həyata keçirilir. Yeni qaydanın tətbiqi ictimaiyyət tərəfindən də razılıqla qarşılanmışdır.
  • İşə qəbulun daha səmərəli və şəffaf həyata keçirilməsi, müsbiqənin təşkili zamanı texniki səbəblərdən irəli gələn məcburi vaxt itkisinin qarşısının alınması, prosesin daha çevik və xətasız idarəsi, informasiyaların düzgün emalı və dəqiq nəticələrin əldə edilməsi, o cümlədən məxfiliyin tam təmin edilməsi, ümumi təhsil müəssisələrinin yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq məqsədilə qeyd edilən müsabiqənin daha təkmil formada - İKT proqramı tətbiq edilməklə həyata keçirilməsinə qərar verilib.
  • Beləliklə, qeyd edilən istiqamətdə həyata keçirilən hazırlıq tədbirlərinin yekunu olaraq,  BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul müsabiqəsinin onlayn platforma əsasında həyata keçirilməsi məqsədilə http://musabiqe.baku.edu.az/ portalı istifadəyə verilib.
  • Artıq müvafiq vəzifələrə işə qəbul adıçəkilən portal vasitəsilə həyata keçirilir. Belə ki, cari tədris ili ərzində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 31 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 13 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 27 nəfər psixoloq vəzifəsinə, 20 nəfər kitabxanaçı vəzifəsinə, 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 33 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 130 nəfər laborant vəzifəsinə, 5 nəfər BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub. Ümumilikdə, 280 nəfərin işə qəbulu həyata keçirilib.
  • Hər zaman olduğu kimi, cari dərs ilində də müəllim əməyinə verilən yüksək qiymətin təzahürü olaraq, bir sıra təhsil işçiləri dövlət təltiflərinə layiq görülüblər. 2017-2018-ci tədris ilində ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə, təltif olunublar. Belə ki, Bakı məktəblərində çalışan 8 müəllim “Tərəqqi” medalına, 6 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
  • Həmçinin, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 13 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 22 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.
  • Tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatan şəxslərlə əlaqədar əmək və təhsil qanunvericiliyinin tələbləri çərçivəsində zəruri tədbirlər görülüb, müəssisələr, ixtisaslar, vəzifələr, yaş həddi, kadr ehtiyacı, habelə sosial-psixoloji amillər üzrə müzakirə və təhlillər aparılıb. Aparılan təhlillər əsasında çalışmanın yaş həddinə çatmış 1613 işçidən 877 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.
  • Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, idarəetmədə effektivliyin artırılması və maliyyə fəaliyyətlərində səmərəliliyinin yüksəldəlməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri ləğv edilib və onların bazasında yeni Mərkəzlər yaradılıb.
  • Bakı şəhərinin 12 inzibati rayonu üzrə BŞTİ-nin tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri arasından yaxşı keyfiyyət göstəriciləri və peşəkarlığı ilə tanınan 30 məktəb direktorunun daxil olduğu Direktorlar Şurasının yaradılması təklif olunub. Direktorlar Şurası ümumi təhsil məktəblərinin fəaliyyətinin səmərəliliyini artırmaq, məktəblərarası təcrübə mübadiləsini genişləndirmək, tədrisin keyfiyyətinin artırılması istiqamətində birgə addımlar atmaq, təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərini müzakirə etmək və ümumi təhsildə qarşıya qoyulan hədəflərə daha optimal müddətdə nail olmaq məqsədlərinə xidmət edir.

 

Layihələr

 

  • BŞTİ tərəfindən 2017-2018-ci tədris ili üzrə təşkil edilən  Məktəb seminarları”na 6 000 nəfərə yaxın iştirakçı qatılıb. Bakının hər bir rayonu üzrə keçirilmiş təlim-seminarlarda bütün ümumi təhsil məktəblərinin məktəb direktorları, təlim-tərbiyə  və  təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri əvvəlcədən müəyyən olunmuş mövzular üzrə ayrı-ayrı sessiyalarda iştirak ediblər. Təlim-seminarlarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, məktəb rəhbəri, müəllim, valideyn və şagirdləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Açıq dərs”lər keçirilib. Belə ki, Təlimə Dəstək Mərkəzi tərəfindən “Ən yaxşı dərs” layihəsi çərçivəsində 187 dərs dinlənilib. “Açıq dərs”lər V-XI siniflərdə humanitar, texniki, təbiət və əlavə fənn blokları üzrə təşkil olunub. “Açıq dərs” dinləmələrinin əsas məqsədi tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsi, şagirdlərin tədqiqatçılıq bacarığının üzə çıxarılması və müasir təlim texnologiyalarının tətbiqi istiqamətində ənənənin formalaşdırılmasından ibarətdir.
  • “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxt üzrə 907 müəllimin pedaqoji mühazirəsi dinlənilib. Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönümlü təkliflər hazırlamaq məqsədilə təşkil olunan pedaji mühazirələrdən  90-ı şəhər turuna vəsiqə qazanıb. Şəhər turunda fərqlənən 14 müəllimin mühazirəsi isə ölkə turuna təqdim olunub. Nəticələr yaxın müddətdə açıqlanacaq.
  • Şəhər mərkəzindən kənarda yerləşən ümumi təhsil məktəblərində BŞTİ rəhbərliyinin iştirakı ilə görüşlər keçirilib. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən görüşlərin təşkilində əsas məqsəd şagirdlərin təhsildə keyfiyyət göstəricilərinin cari vəziyyəti ilə tanış olmaq və nəticələrin yüksəldilməsi istiqamətində görüləcək fəaliyyəti müzakirə etməkdən ibarətdir.
  • “Uğur üçün tədris” layihəsi BŞTİ, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. “Uğur üçün tədris” (SPEX) layihəsinə 56 pilot məktəb cəlb olunub. Layihənin ilkin mərhələsində paytaxt məktəbliləri və İngilis dili müəllimləri üçün Beynəlxalq Aptis İmtahanları keçirilib. İmtahanlarda ümumilikdə 400 VII-VIII sinif şagirdi və 600 İngilis dili müəllimi iştirak edib. Layihə çərçivəsində dərs müşahidələri aparılıb, dil təkmilləşdirmə və metodologiya təlimləri keçirilib.
  • “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi vasitəsilə məktəblilərin ali məktəblərə qəbul olunmasına və şəxsi inkişafına dəstək verilir. Aztəminatlı ailələrdən seçilən potensiallı gənclərin hərtərəfli fərdi inkişafına dəstək vermək məqsədilə reallaşdırılan layihə əsasında 2017-ci ildə 125 nəfər ali məktəblərə qəbul olunub. Onlardan 82 nəfəri yüksək nəticə göstərərək dövlət hesabına təhsil alan tələbələrdir. Artıq 4-cü ildir ki, həyata keçirilən layihəyə 2017-2018-ci tədris ili üzrə 2100-dən çox şagird müraciət edib. Onlardan 240 məktəbli layihənin iştirakçısı adını qazanıb.
  • Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırdığı “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində 124 nəfər  “Məktəblinin dostu” fəaliyyət göstərir. Layihə müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlər aparmaq, təhsilin idarəedilməsinin təkmilləşdirilməsi və valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə həyata keçirilir. “Məktəblinin dostu” layihəsi çərçivəsində “Səndən öyrəndim" videoçarx müsabiqəsi, “Şanlı bayrağım” adlı fotomüsabiqə, “Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqə, məktəblilər arasında futbol, voleybol və şahmat turnirləri, güllə atıcılığı üzrə yarış,  “Məqsədli karyera” və “Fövqəladə hallarda davranış qaydaları” mövzularında təlimlər keçirilib, müxtəlif qısametrajlı videoçarxlar hazırlanıb, fləşmoblar, ekskursiyalar təşkil edilib, valideynlər üçün maarifləndirici təlimlər keçirilib.
  • BŞTİ ilə ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşlığı çərçivəsində “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi həyata keçirilib. Layihə çərçivəsində ilkin olaraq 66 ümumi təhsil məktəbində İngilis dilində Danışıq Klubları fəaliyyətə başlayıb. Cari tədris ilində isə Danışıq Klubları 80 ümumi təhsil məktəbində fəaliyyət göstərib. Ümumilikdə, 4000-dən artıq şagird Danışıq Klublarının fəaliyyətindən yararlanıb. Layihənin məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi reallaşdırılıb. Layihə çərçivəsində ekoloji mühazirələr, ekskursiyalar təşkil edilib. 2018-ci ilin mart ayından etibarən 40-dan artıq ümumi təhsil məktəbində müxtəlif ekoloji mövzularda təqdimatlar keçirilib. Təqdimatlarda 5000-dən artıq şagird iştirak edib. Layihənin əsas məqsədi şagirdlərdə ekoloji biliklərin və mədəniyyətin formalaşdırılması, onlarda təbiətə maraq, qayğı və məhəbbət hissinin oyadılması, təbii sərvətlərdən səmərəli istifadə bacarıqlarının aşılanması, şagirdlərin istedad və yaradıcılıq qabiliyyətinin aşkara çıxarılmasından ibarətdir.
  • BŞTİ-nin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib. Paytaxtın 12 rayonu üzrə 62 mərkəzdə təşkil olunan dərslərdə BŞTİ-nin tabeliyindəki 305 məktəbin,  Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 18 məktəbin və hər bir rayonda məskunlaşmış qaçqın məktəblərinin 20 762 nəfər XI sinif şagirdi iştirak edib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslərin tədrisi ilə 49 müəllim məşğul olub.
  • Təhsil Nazirliyi, “British Council” təşkilatının və “British Petrolium” Neft Şirkətinin birgə əməkdaşlığı çərçivəsində “İcmalar üçün İngilis dili” layihəsi həyata keçirilib. Azərbaycan Respublikasının 10 bölgəsini və Bakı şəhəri üzrə Qaradağ rayonunun neft boru kəməri keçən qəsəbələrini əhatə edən layihə çərçivəsində Qaradağ inzibati rayonunda fəaliyyət göstərən 6 pilot ümumi təhsil məktəbinin İngilis dili müəllimlərinə “British Council” təşkilatının peşəkar təlimçiləri tərəfindən tədris ili boyunca  120 saatlıq təlimlər keçirilib, onlayn dil və metodiki dəstək proqramı tədris olunub. Proqram çərçivəsində müəllimlərə resursların effektiv istifadə edilməsi barədə təməl məlumatlar ötürülüb. Eyni zamanda, təlimçi İngilis dili müəllimlərinin icma üzvlərinə dil dərsləri təşkil olunub, müəllimlərin dərsləri dinlənilənilib, onlara müvafiq dəstəkləyici rəylər verilib. Həmçinin, layihə çərçivəsində Qaradağ rayonunun ümumi təhsil məktəblərində fəaliyyət göstərən 14 ingilis dili müəllimi təkmilləşdirmə təlimlərində iştirak edib. 8 ümumi təhsil məktəbinin İngilis dili müəllimlərinə isə 70 saatı əhatə edən 5 günlük təlim keçirilib.
  • BŞTİ-nin tabeliyindəki 15 məktəbdə “Elektron Sınaq Qiymətləndirmə” layihəsi həyata keçirilib. 214 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən layihə Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənib. Layihə çərçivəsində 15 ümumi təhsil məktəbinin IV və IX sinif şagirdləri arasında elektron sınaq qiymətləndirmələrin təşkili üçün xüsusi proqram təminatı yaradılıb. Proqram təminatı vasitəsilə təlim dili, riyaziyyat və İngilis dili fənlərindən elektron sınaq qiymətləndirmələri keçirilib. Keçirilən elektron qiymətləndirmələrin nəticəsində şagirdlərin, sinfin və məktəbin müvafiq qiymətləndirmələr üzrə elektron portfolioları yaradılıb, valideynlər elektron sistem vasitəsilə məlumatlandırılıb. İcra müddəti 3 ay olan layihə ümumi təhsil məktəbləri arasında böyük marağa səbəb olub.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində “Həyat bilgisi” fənnini tədris edən 32 müəllim üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib. Təlimlərdə uğur qazanan müəllimlərə sertifikatlar  verilib. Təlimlərin keçirilməsinin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsindən ibarətdir.       
  • Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində hazırda Bakı və Sumqayıt şəhərlərində yerləşən 38 ümumi təhsil müəssisəsində “Sağlam təhsil” sinifləri fəaliyyət göstərir. Layihənin əsas məqsədi fiziki-psixi və mənəvi  sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik vətəndaş yetişdirməklə ölkənin insan resurslarının inkişafını sürətləndirmək və milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına nail olmaqdan ibarətdir. Sağlam təhsil texnologiyalarının təhsil alanların fiziki-psixi sağlamlığına və təlim nailiyyətlərinə təsirini öyrənmək məqsədi ilə tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji monitorinqlər həyata keçirilib. Mütəxəssislər tərəfindən aparılmış monitorinqlərin statistik təhlilləri göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin hər bir istiqamət üzrə nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir.
  • “İngilis dili resurs mərkəzlərinin yaradılması” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində İngilis dili resurs mərkəzləri yaradılıb.  İngilis dili resurs mərkəzlərində müəllimlərin peşəkar inkişafı və onların xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək üçün təlimlər və danışıq klubları təşkil olunub. BŞTİ və “British Council”un birgə əməkdaşlığı çərçivəsində yaradılan İngilis dili resurs mərkəzləri şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq və onların əldə etdikləri xarici dil biliklərini daha da möhkəmləndirmək məqsədlərinə xidmət edir.
  • "Azərbaycan yurdum mənim" başlığı altında “Liderlik məktəbi” layihəsi həyata keçirilib. Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin təşəbbüsü ilə keçirilən layihəyə BŞTİ-nin tabeliyindəki 37 ümumi təhsil məktəbində təhsil alan 100 nəfər VII, VIII və IX sinif şagirdləri cəlb olunub. Layihə çərçivəsində şagird və valideynlərin iştirakı ilə keçirilən “Dəyirmi masa”larda  Azərbaycanın tanınmış şəxsləri, elm, təhsil və mədəniyyət xadimlərinin moderatorluğu ilə ölkəmizin tarixi, təbii sərvətləri, ekologiyası, mədəniyyəti, incəsənəti, insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlamlıq, din, sağlam həyat tərzi və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
  • Təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumi təhsil məktəblərdə “İnformatika fənninin tədrisi” üzrə pilot layihə həyata keçirilib. Layihəyə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 30 ümumi təhsil məktəbinin V sinif şagirdləri cəlb olunub.  Ümumiyyətlə, layihə çərçivəsində 137 müəllim ixtisasartırma təlimindən keçib, ümumi təhsil məktəblərinə 912 kompüter təqdim olunub. Tədris ili ərzində layihədən 4456 nəfər şagird yararlanıb.
  • Bakı məktəbləri arasında “Hər vərəqi bir yarpağa dəyişək” layihəsi həyata keçirilib. Azərbaycan Respublikası Təhsil NazirliyiIDEA İctimai BirliyiVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının birgə reallaşdırdığı layihənin əsas məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir. Layihə çərçivəsində kağız tullantılarının toplanması ilə bağlı məktəblərarası yarış keçirilib.
  • Ümumi təhsil məktəblərində 2016-cı ildən etibarən “eTwinning Plus” layihəsi reallaşdırılır.  Layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminar və konfranslar təşkil edilir. Cari tədris ilində də müəllimlər  onlayn təlimlərdə iştirak edib və beynəlxalq sertifikatlar qazanıblar. Layihə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
  • BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinin əməkdaşları  tərəfindən müxtəlif fənlərin tədrisi vəziyyətini öyrənmək üçün paytaxtın bir sıra ümumi təhsil məktəblərində Azərbaycan dili, tarix, coğrafiya, İngilis dili, riyaziyyat və biologiya dərsləri dinlənilib. Dinlənilən dərslər təhlil edilib və müəllimləri maraqlandıran məsələlərlə bağlı tövsiyələr verilib.
  • Həmçinin, il ərzində BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinin əməkdaşları  tərəfindən təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə görüşlər keçirilib, məktəbdə metodiki xidmətin səmərəli təşkili, yeni fənn proqramlarının tətbiqi məsələləri, qiymətləndirmənin müxtəlif  növlərinin keçirilməsi ilə bağlı müzakirələr təşkil edilib.

 

Müsabiqələr

 

  • Paytaxt məktəbliləri “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibi olub. Müsabiqəyə təqdim edilən innovativ və yaradıcı layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Müsabiqəyə buraxılan 150 layihənin 37-si BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin payına düşüb. Həmin layihələrdən 1-i I yerə, 2-si II yerə, 5-i isə III yerə layiq görülüb. Müsabiqənin əsas məqsədi gənclərin elmi potensialının inkişaf etdirilməsi, şagirdlərin elmi yaradıcılığa, tədqiqat aparmağa həvəsləndirilməsi, elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir. 
  • Həmçinin, “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması üzrə ən yaxşı layihə müəllifi seçilib. Məhəmməd Hacıyev bu ilin may ayında ABŞ-da keçirilən İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “İnnovativ Külək Turbinləri” layihəsi ilə iştirak edib.
  • Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” Respublika müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir.  BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri müsabiqədə fəal iştirak edib. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə,  müsabiqəyə təqdim olunan işlərdən 82-si nominantlar siyahısına düşüb. BŞTİ-nin  tabeliyindəki ümumi təhsil məktəblərindən 5 məktəb, 5 müəllim, 1 şagird fərqlənənlər sırasında yer alıb. 8 məktəb, 6 müəllim, 2 şagird isə qalib adına layiq görülüb.
  • Dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün  Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi  elan edilib. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən müsabiqəyə təqdim olunan ümumi təhsil müəssisələri kateqoriyası üzrə 15, fərdi kateqoriya üzrə 17 layihə Təhsil Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilib. Müsabiqəyə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərindən qalib olan layihələrin hesabatlılığı təmin edilib, təhlil aparılaraq həmin layihələrin əhatə dairəsinin genişləndirilməsi üçün müəyyən işlər görülüb.
  • Dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün  Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi  elan edilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən müsabiqəyə təqdim olunan ümumi təhsil müəssisələri kateqoriyası üzrə 17, fərdi kateqoriya üzrə 14 layihə Təhsil Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş “25 il Azərbaycan naminə” adlı intellektual oyun keçirilib. İntellektual oyunun nəticələrinə əsasən, 217 və 276 nömrəli tam orta məktəblərin komandaları eyni nəticəni göstərərək I, 300 nömrəli tam orta məktəbin komandası II, 179 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Oyunun keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyası və ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin aşılanması, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.
  • BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin şagirdləri arasında 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirilib. Hər il paytaxtın bir rayonu üzrə məktəbliləri əhatə edən bilik yarışı bu dəfə Sabunçu rayonunda təşkil olunub. Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən olimpiadada Sabunçu rayonundakı 46 məktəbin hər birindən 20 nəfər X və XI sinif şagirdi iştirak edib. Konstitusiya Məhkəməsində təşkil olunan mükafatlandırılma tədbirində olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.
  • Məktəblilər arasında “Azərbaycanı tanıyaq” adlı bilik yarışması  keçirilib. Yarışma iştirakçıları Azərbaycanın mədəniyyəti, tarixi, coğrafiyası və məntiq üzrə biliklərini sınayıblar. Bilik yarışmasının təşkil olunmasında əsas məqsəd Azərbaycanın tarixini dərindən öyrənmək, məktəblilərin elmə və yaradıcılığa olan marağının daha da artırılması üçün əlverişli şərait yaratmaq, eyni zamanda istedadlı və bacarıqlı şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
  • “Qızıl Bayt  2018” (Golden Byte 2018) beynəlxalq kompüter çempionatına müəyyən hazırlıq işləri görülüb. Təhsilalanların informasiya texnologiyaları sahəsinə marağını artırmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək məqsədilə təşkil edilən müsabiqəyə maraq göstərən məktəblərə səfərlər edilib, maarifləndirici görüşlər təşkil olunub, təqdimatlar edilib. Ötən il olduğu kimi, bu il də çempionata böyük maraq göstərilib. Belə ki, müsabiqəyə təqdim edilən 184 müraciətdən 39-u paytaxt məktəblilərinin payına düşüb.
  • BŞTİ və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə əməkdaşlığı ilə ümumi təhsil məktəblərinin XI sinif  şagirdləri üçün riyaziyyat, fizika və kimya fənləri üzrə olimpiada təşkil edilib. Olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması və  istedadlı gənclərin aşkarlanması məqsədi ilə həyata keçirilib. Olimpiadada BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 6 nəfəri I, II, III yerlərə layiq görülüb, 5 nəfərə isə həvəsləndirici sertifikat verilib.
  • "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları"na əsasən, dekabr ayında keçirilən imtahanda 10 nəfər şagird iştirak edib. Onlardan 4 nəfəri xüsusi istedadlarına görə sinifdən-sinfə keçirilib.
  • Ümumi təhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin IX siniflərində şagirdlərdə tədris dilində oxu və yazı bacarıqlarının yoxlanılması məqsədilə tədqiqat xarakterli test və yazı işləri  keçirilib.  Ümumi təhsil məktəblərində “Dinləyib-anlama”, “Yazı” və “Dil qaydaları” məzmun xətlərinin səviyyəsini yoxlamaq məqsədilə şagirdlərə 45 dəqiqə ərzində ifadə yazdırılıb və oxuyub anlama səviyyəsinin yoxlanılması məqsədilə müvafiq iş aparılıb. “Oxu” məzmun xəttinin tələblərinin hansı səviyyədə olmasını araşdırmaq üçün şagirdlərə mətn əsasında 15 sualdan ibarət test təqdim olunub. Nəticələr ümumiləşdirilib və nəticələrin daha da yaxşılaşdırılması məqsədilə məqsədyönlü işlər həyata keçirilib.

 

Təlimlər, seminarlar

 

  • BŞTİ-nin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Formativ və Summativ Qiymətləndirmə” mövzusunda seminar keçirilib. İngiltərə və Finlandiyadan olan təhsil ekspertlərinin təqdimatlarla çıxış etdiyi seminarda paytaxtın ümumi təhsil müəssisələrindən 80 direktor və müəllim iştirak edib. Seminarda iştirakçılar qiymətləndirmə sahəsi üzrə rubriklərin hazırlanması, “Item Response Theory” və “Rasch” modelləri barədə ətraflı məlumat əldə edib, eləcə də sözügedən sahə üzrə beynəlxalq təcrübə ətrafında müzakirələr aparıblar. Həmçinin, seminar zamanı müəllimlər ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bilik və bacarıqlarının müvafiq standartlara uyğun qiymətləndirilməsi barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.
  • BŞTİ-nin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Məktəb idarəetməsi” mövzusunda beynəlxalq seminar keçirilib. Rumıniya, Sloveniya, Çexiya təhsil nazirliklərinin nümayəndələri, İngiltərə və Rumıniya universitetlərinin əməkdaşlarının təqdimatlarla çıxış etdiyi seminarda paytaxtın ümumi təhsil müəssisələrindən 29 direktor və direktor müavini iştirak edib.  Seminar iştirakçıları liderlik, layihələrin təşkili, şagirdlərin idarə olunması, insan resursları, qiymətləndirmə, valideynlərlə işin təşkili, verilənlərin analizi və monitorinqi, effektiv kommunikasiya, media və məktəb, sənədləşdirmə kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.
  • BŞTİ-nin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində "Keyfiyyətin təminatı–sinifdaxili qiymətləndirmənin proseduru və metodologiyası" mövzusunda seminar keçirilib. Seminarda BŞTİ-nin əməkdaşları, məktəb direktorları, Almaniya və Niderlanddan olan təhsil ekspertləri və Təhsil İnstitutunun ekspertləri iştirak edib. Üçgünlük seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatını təkmilləşdirmək, Azərbaycan məktəblərində qiymətləndirmə metodikası və qaydalarının təkmilləşdirilməsinə köməklik göstərməkdən ibarətdir.
  • Paytaxtın ümumi təhsil məktəbləri direktorlarının İsrailə təhsil səfəri təşkil olunub. İsrailin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilən səfərdə 15 nəfər məktəb direktoru iştirak edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə İsrail Təhsil Nazirliyinin təmsilçiləri arasında görüş keçirilib. Görüşdə qarşılıqlı təcrübə mübadiləsi, ümumi təhsil məktəblərində İKT-nin tətbiqi, əldə edilən nəticələr və digər məsələlər müzakirə olunub. 
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində peşə təhsili üzrə maarifləndirici tədbirlər həyata keçirilib. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin hər birində müvafiq sahə üzrə məsul şəxslər təyin edilib. Təyin edilmiş məsul şəxslər peşə təhsili barədə pedaqoji heyət, valideyn və şagirdlərin suallarını mütəmadi olaraq cavablandıracaq, şagirdləri peşə təhsili üzrə düzgün və səmərəli istiqamətləndirilməsini təmin edəcək, məktəbdaxilində lazımi əlaqələndirmə işini həyata keçirəcəkdir. Müvafiq şəxslər şagird, valideyn, müəllim, məktəb rəhbərliyi ilə sıx fəaliyyət göstərən pedaqoji kollektiv nümayəndələri sırasından təyin edilib.
  • Bakı məktəblərində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək vermək məqsədilə təlimlər keçirilib.“Kitabxana İşinin Təşkili və İdarə olunması” və “Kitabxana İşinin Təşkili zamanı İKT-dən İstifadə Üsulları və Proqram Təminatı” istiqamətləri üzrə həyata keçirilən təlimlərə Bakı şəhərinin 12 inzibati rayonu üzrə kitabxana işçiləri cəlb olunub.
  • Təlimə Dəstək Mərkəzində paytaxtın ümumi təhsil məktəblərinin psixoloqları ilə görüşlər keçirilib. Görüşlərdə psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və tərbiyəçilərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib. Həmçinin, paytaxtın bir sıra ümumi təhsil məktəblərində psixoloji xidmətin monitorinqi həyata keçirilib, psixoloqların fəaliyyəti araşdırılaraq  problemlərin həlli istiqamətində görülən işlər təhlil edilib.
  • Məktəb psixoloqları üçün “Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” layihəsi çərçivəsində seminar keçirilib. Seminar zamanı rusiyalı psixoloq Anna Antonovanın iştirakı ilə psixoloji xidmətin təşkili üçün sənədlər toplusunun hazırlanması məsələləri müzakirə edilib. Psixoloqun fəaliyyət istiqamətlərinə aid olan I-IV və V-IX sinif şagirdləri ilə diaqnostika işinin aparılması, I sinif şagirdlərinin məktəbə adaptasiyası, şagirdlərlə inkişafetdirici işin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb.
  • AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun  “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyat fənni üzrə elmi-populyar mühazirə və seminarlar təşkil edilib. Məktəblilərin riyaziyyata marağının artırılması, istedadlı şagirdlərin vaxtında aşkar olunması və onların riyazi biliklərə daha dərindən yiyələnməsi məqsədi ilə təşkil olunan elmi-populyar seminar və mühazirələrdə ümumi təhsil müəssisələrində çalışan riyaziyyat müəllimləri və texniki sahəyə marağı olan şagirdlər iştirak ediblər.
  • Əvvəlki illərdə İKT üzrə ilkin və yekun qiymətləndirmədə yaxşı nəticə göstərmiş 120 nəfər müəllim üçün Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsildə İnnovativ Texnologiyalar təşkilatının əməkdaşlığı ilə “İntel Gələcək üçün Təhsil” təlimləri keçirilib. Təlimin keçirilməsində məqsəd İKT biliklərini artırmağa çalışan müəllimlərə kömək etmək, onların İKT savadlılığını artıqmaqdan ibarətdir.
  • Bakı şəhəri ümumi təhsil məktəblərində İKT üzrə müəllimlərə mentorluq xidmətinin təşkili ilə bağlı layihə həyata keçirilib. Layihə çərçivəsində 18 məktəbdən 180 müəllimə 3 ay müddətində mentorluq dəstəyi göstərilib.
  • İKT bacarıqları yüksək olan və bu sahə üzrə əvvəlki təlimlərdə iştirak edərək yüksək nəticə göstərən ibtidai sinif müəllimləri üçün növbəti təlim keçirilib. “İbtidai sinif müəllimləri üçün elektron təhsil resurslarının hazırlanması” adlı təlimdə 157 müəllim iştirak edib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktor və müəllimləri üçün təlim təşkil olunub.  Təlimin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində daha fəal iştirakını təmin etmək, direktor və müəllimlərə layihə təkliflərinin hazırlanması və idarəolunması ilə bağlı tövsiyələr verməkdən ibarətdir.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda seminar keçirilib. İbtidai sinif müəllimlərini Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumatlandırmaq və onların bu barədə şagirdləri maarifləndirməsinə kömək etməsi məqsədilə keçirilən seminar TİPİİ-nin təşkilatçılığı ilə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində reallaşıb. Qeyd edək ki, "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda 2 təlim çərçivəsində 4 seminar keçirilib. Seminarlarda müsahibə yolu ilə seçilən 70 müəllim iştirak edib. Onlardan ardıcıl olaraq 2 seminara qatılan 50-ə yaxın müəllimə sertifikat verilib.  
  • Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün "Refleksiv müəllim" seminarı keçirilib.  Seminarın keçirilməsində əsas məqsəd müəllimlər arasında birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsi yaratmaq, keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq, konstruktiv tənqidə açıq olmaq, prosesi təhlil etmək bacarıqları aşılamaqdan ibarətdir. “Öyrətməyi öyrədirik” devizi altında həyata keçirilən layihə çərçivəsində müəllimlər uğurlu saydıqları dərslərin planını, icmalını və ya qısa videogörüntüsünü həmkarlarına təqdim ediblər.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin İnformatika müəllimləri üçün növbəti seminar keçirilib. “Alqoritmləşmə və proqramlaşdırmanın aktual problemləri” mövzusunda seminar Təlimə Dəstək Mərkəzi tərəfindən “Addım” layihəsi çərçivəsində təşkil edilib. Seminarın keçirilməsində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarının artırılmasına, onların yeni texnologiyalarla tanış olması və dərsləri daha peşəkar təşkil etməsinə kömək göstərməkdən ibarətdir. 
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin kitabxanaçıları üçün təlimlər keçirilib. BŞTİ və Respublika Elmi Pedaqoji Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi iştirakçılara kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, onları müasir texnologiyalarla tanış etməkdən ibarətdir. Təlimlərdə iştirakçılara kitabxana işinin təşkili, idarəolunması, İKT-dən istifadə üsulları və proqram təminatı barədə məlumat verilib, müzakirələr aparılıb.
  • Ümumi təhsil məktəblərində alman dilini tədris edən müəllimlər üçün Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Alman Dili Tədrisi Mərkəzinin dəstəyilə 2 günlük təkmilləşdirmə seminarı keçirilib. “Xarici dil dərsində interaksiya” mövzusunda olan seminarda 13 müəllim iştirak edib.
  • Bakı Fransa Mərkəzində  ümumi təhsil məktəblərində fransız dilini tədris edən müəllimlər üçün təlim keçirilib. Təlimdə paytaxtın 32 ümumi təhsil məktəbində fəaliyyət göstərən 60 müəllim iştirak edib.
  • İngilis dili müəllimləri üçün Sabis Sun Beynəlxalq Məktəbində təkmilləşdirmə təlimləri keçirilib. 60 İngilis dili müəlliminin könüllü müraciəti ilə start götürən təlimlər cari tədris ilinin sonunadək davam edib.

 

Məktəbdənkənar fəaliyyət

 

  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir gənc nəslə cümhuriyyətin tarixini mənimsətmək, dövlətçilik ənənələrimizlə bağlı maarifləndirmə işini gücləndirmək, xüsusi istedada malik olan yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda özünə inam, Vətənə  məhəbbət, dostluq, birlik, humanistlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət  hisslərini tərbiyə etmək məqsədi ilə təşkil olunub. Tədbirdə 2017-2018-ci tədris ilində paytaxt təhsilinin uğurları haqqında məlumat verilib, parlaq nailiyyətləri ilə fərqlənən şagirdlər təqdim olunub. Konsert proqramında şagirdlər Azərbaycanın bir əsrlik müasir dövlətçilik tarixini ardıcıllıqla təcəssüm etdirən şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Bakı məktəblilərinin I Forumu keçirilib. Forumun təşkil olunmasının əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində istedadlı şagirdlərlə aparılan işin əhatə dairəsini genişləndirmək, gənc nəslin düzgün istiqamətdə formalaşmasına töhfə vermək, onların intellektual inkişafını diqqət mərkəzində saxlamaq, istedad və qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. Forumda ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət və xalqı üçün göstərdiyi xidmətlərdən, eləcə də elm, təhsil, idman, incəsənət və digər sahələr üzrə yüksək nailiyyətlər qazanmış şagirdlərin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub. Forumda istedadlı şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, mahnılar və rəqslər ifa olunub.
  • Yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaq məqsədilə paytaxtın 40-dan artıq ümumi təhsil məktəb və liseyinin şagirdlərinin iştirakı ilə “Oxu günü” tədbiri keçirilib. Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Şagirdlər intellektual yarışlarda iştirak edib, fləşmob keçiriblər. Tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edib. “Oxu günü” çərçivəsində “Kitab qoy - kitab götür” aksiyası da keçirilib və mütaliəsevərlər oxuduqları kitabları başqaları ilə paylaşıblar.
  • Həmçinin, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi” keçirilib. “Oxu həftəsi” çərçivəsində paytaxtın ümumi təhsil məktəblərində  “Dəyirmi masa”lar təşkil edilib. Müəllim və şagirdlərin iştirakı ilə müxtəlif əsərlərin müzakirəsi, kitab sərgiləri, muzeylərə ekskursiyalar təşkil edilib, yazıçı və ziyalılarla görüşlər keçirilib.
  • BŞTİ tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. 1 500-ə yaxın təhsil işçisinin könüllü şəkildə iştirak etdiyi aksiya çərçivəsində Ramana qalasının ətəyində 1000-ə yaxın ağac tingi əkilib. Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyev irsini davam etdirmək, yaşıllaşdırma ənənələrini daha da genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.
  • Azərbaycan Xalq  Cümhuriyyətinin  100 illik yubileyi əlaqədar təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyəti  Şərqdə  və  Müsəlman dünyasında  ilk parlamentli demokratik respublikadır” mövzusunda  seminar, mühazirə, “Açıq  dərs” və  “Dəyirmi masa”lar, “Azərbaycan   dövlətçilik  tarixinin   parlaq  səhifəsi” mövzusunda  təqdimatlar, bədii qiraət, inşa yazı müsabiqələri  keçirilib, məktəblilərin tarixçi  alim  və  ziyalılarla  görüşləri təşkil  edilib, sənədli  və  bədii  filmlər  nümayiş etdirilib. Məktəblilər  tarixi  yerlərə və muzeylərə ekskursiyalarda fəal iştirak ediblər.
  • BŞTİ-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib. Bakı şəhərinin ümumi təhsil məktəbləri və uşaq-gənclər  inkişaf mərkəzlərinin istedadlı şagirdləri 600 təsviri incəsənət, dekorativ  tətbiqi sənət, floristika, elmi texniki, dizayn işləri,ulu öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən yaradıcılıq nümunələrini nümayiş etdiriblər.
  • BŞTİ-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin milli musiqi alətlərində ifaları və vətənpərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.
  • 2017-2018-ci tədris ilində  Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Məktəblilərin idmana olan marağının artırılması, bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə gənc idmançıların şəhər, respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirakına əlverişli şərait yaradılıb. Paytaxtın idman məktəblərinin yetirmələri müxtəlif idman növləri  üzrə beynəlxalq və respublika yarışlarında 195  qızıl,  186 gümüş, 229 bürünc  olmaqla ümumilikdə 610  medal əldə ediblər.
  • "Baku Expo" Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi (“Education 2017”) keçirilib. “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgidə BŞTİ-nin “Məktəbəhazırlıq” və “Kitabxana” stendləri də yer alıb. Həmçinin, BŞTİ-nin tabeliyindəki məktəblərin şagird və müəllim heyətinin Təhsil sərgisində iştirakı təmin edilib. 
  • Bakı şəhər məktəbliləri “TOPs – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılması” layihəsində,“Olimpiya Hərəkatı–2017” idman proqramı çərçivəsində müxtəlif idman növləri üzrə çempionatda uğurla  iştirak ediblər. Həmçinin, layihə çərçivəsində təşkil edilən təlimlərə BŞTİ-nin tabeliyindəki 54 ümumi təhsil məktəbinin hər birindən 2  ibtidai sinif müəllimi qatılıb.
  • Məktəblilərin və pedaqoji kollektivlərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları 2017-2018-ci  ilində də davam etdirilib. Heydər Əliyev Mərkəzində  müəllim və şagirdlər Azərbaycan tarixinin və ümummilli liderin həyat və  fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olublar.
  • Paytaxt məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici aksiya çərçivəsində ölkənin müxtəlif bölgələrinə səfər ediblər. Şagirdlər ölkəmizin bölgələrinə təşkil olunan səfərlər zamanı qədim tarixi abidələr, rayonlardakı tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər mədəni mərkəzlərlə tanış olublar.
  • BŞTİ-nin təşkilatçılığı ilə məktəblilərin paytaxtdakı tarixi abidə və muzeylərə ekskursiyaları təşkil edilib. Şagirdlərin dünyagörüşünün hərtərəfli formalaşmasında mühüm əhəmiyyəti olan bu tədbirlərin davam etdirilməsi və gələcək illərdə daha da genişləndirilməsi nəzərdə tutulur.
  • Bakı  şəhər  məktəblilərinin Xalq  Təhsili   Muzeyi  və YARAT Müasir İncəsənət Mərkəzinə  ekskursiyaları təşkil olunub.  Şagird və müəllim kollektivinin  mədəniyyət və incəsənət biliklərini daha da artırmaq və bu sahədə onların dünyagörüşünü genişləndirmək məqsədilə YARAT Müasir İncəsənət Mərkəzinə  təşkil edilən ekskursiyalar zamanı məktəblilərə qısa mühazirələr oxunub, yaradıcı oyunlar keçirilib, təlimçilər tərəfindən şagirdlərə daş üzərində boya ilə rəsm çəkmək öyrədilib. Həmçinin, məktəblilərə ustad dərsləri keçirilib, onların tanınmış şəxslərlə görüşləri təşkil edilib.
  • BŞTİ tərəfindən  məktəbliləri milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, şagirdlərə dini tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq hisslərini aşılamaq, onları islam mədəniyyəti, incəsənəti və tarixi haqqında  məlumatlandırmaq məqsədilə silsilə tədbirlər təşkil olunub.
  • BŞTİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi tərəfindən “İslam Həmrəyliyi İli” çərçivəsində ümumi təhsil məktəblərində    milli-mənəvi və  ümumbəşəri dəyərlərin izahı, təbliği və tədris prosesi ilə əlaqələndirilməsi  məsələlərini əhatə edən tövsiyə xarakterli səyyar mühazirələr keçirilib. Mühazirələrdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasının vacibliyi vurğulanıb, gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, dini radikalizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının aktuallığı qeyd olunub.
  • BŞTİ-nin tabeliyindəki  ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında  “Ən yaxşı şeir ifaçısı” adlı bədii qiraət müsabiqəsi keçirilib. ““Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” devizi altında təşkil olunmuş müsabiqədə ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin sinif və dərnəkləri üzrə 13 752 məktəbli dinlənilib. Müsabiqənin final mərhələsində  72 məktəbli  iştirak edib. Müsabiqənin keçirilməsində əsas məqsəd Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
  • Paytaxt məktəblərində “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirlər təşkil edilib. Tədbirlər uşaq və gənclərin diqqətini cəlb etmək, onlarda vətənpərvərlik, insanpərvərlik, sülhsevərlik, humanistlik ideyalarını gücləndirmək, onları milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək məqsədilə keçirilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərində  “Uşaq hüquqları aylığı” və “İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər təşkil edilib. Tədbirlər uşaqlara diqqətin artırılması, uşaq  hüquqlarının həyata keçirilməsi mexanizminin daha da yaxşılaşdırılması, onların müdafiəsinin daha effektiv təmin olunması və məktəblilər arasında hüquqi maarifləndirmənin genişləndirilməsi məqsədilə keçirilib. Həmçinin, paytaxt məktəbliləri Ombudsman Aparatı tərəfindən hər il  ənənəvi olaraq keçirilən “Mən və hüquqlarım” rəsm müsabiqəsində iştirak ediblər. 
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində əlamətdar günlərlə əlaqədar tədbirlər keçirilib. Belə ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Novruz bayramı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Günü münasibətilə təhsil müəssisələrində konfranslar, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər, fləşmoblar və idman yarışları təşkil edilib. 
  • BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və ictimai xadimlərin yubileylərinə həsr olunmuş silsilə tədbirlər  keçirilib.
  • Təhsil müəssisələrində bir sıra hökumət və qeyri-hökumət təşkilatları ilə birgə   şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədilə sağlam həyat tərzini təbliğ edən profilaktik tədbirlər keçirilib. Məktəblilər siqaret, narkomaniya kimi zərərli vərdişlər,  İİV-QİÇS və digər  yolxucu xəstəliklərə qarşı  mübarizə sahəsində maarifləndirilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin fövqəladə hallar orqanlarında çalışmaq arzusunda olan yuxarı sinif şagirdləri “Cəsurluq məktəbi” adlı “Açıq qapı” günündə iştirak ediblər. Məktəblilərə xüsusi alət və avadanlıqlar vasitəsilə xilasetmə, üzmə, yanğınsöndürmə, ilkin tibbi yardım üsulları barədə məlumat verilib. “Açıq qapı” gününün təşkilində məqsəd paytaxtın ümumi təhsil müəssisələrinin şagirdlərini Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının fəaliyyəti ilə yaxından tanış etmək və fövqəladə hallarda davranış qaydaları ilə bağlı şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.
  • BŞTİ və  Fövqəladə Hallar Nazirliyinin Bakı Regional  Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub. Təlimlərin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirməkdən ibarətdir.
  • Yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissinin artırılması məqsədilə ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin yetirmələri  “Gənc xilasedici və yanğınsöndürən” Respublika  yarışı  və  “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsində iştirak ediblər.  
  • BŞTİ və Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin birgə təşkilatçılığı ilə  təhsil müəssisələrində “Uşaqlar və yol təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib. Məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə praktiki məşğələlər, mühazirə və disputlar, seminar, təlimati treninq, “Açıq dərs” və “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm müsabiqələri, yarışlar keçirilib, sərgilər təşkil olunub.
  • Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan  tarixi haqqında həqiqətləri çatdırmaq məqsədilə təhsil müəssisələrində 20 Yanvar faciəsinin  iyirmi səkkizinci və  Xocalı soyqırımının iyirmi altıncı  ildönümü,  azərbaycanlıların soyqırımının 100-cü ildönümü və  “Aprel döyüşləri”nə  həsr olunmuş silsilə tədbirlər, sinif saatları, söhbət və mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, sərgilər, inşa yazı müsabiqələri  keçirilib, sənədli və bədii filmlər  nümayiş etdirilib. Həmçinin,  şəhid ailələri və Qarabağ müharibəsi  veteranları ilə görüşlər keçirilib, pedaqoji işçilər  və məktəblilərin  Şəhidlər Xiyabanına və “Ana  fəryadı” abidəsinə ziyarətləri təşkil edilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub. Tədbirlərdə dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri haqqında danışılıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb. Eyni zamanda, paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri təşkil olunub.
  • “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsi keçirilib. Müsabiqədə BŞTİ-nin tabeliyindəki 7, 24, 58, 83,  121, 143, 159,  227, 230, 238, 245, 297, 299, 323 nömrəli tam orta  məktəblərin şagirdləri  uğurla  iştirak edərək diplom və hədiyyələrə layiq  görülüb. Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir.
  • “Şahmat” fənni tədris olunan ümumi təhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş respublika şahmat festivalı keçirilib. Ümummilli lider Heydər Əliyevin şahmatın inkişafındakı rolunu qeyd etmək, şagirdlər arasında  şahmat idman növünün təbliği məqsədilə keçirilən festivalda 500-ə yaxın pilot məktəb üzrə 3000 nəfərdən çox II, III, IV sinif şagirdləri iştirak  edib.
  • BŞTİ və Bakı Şəhər Gənclər və  İdman Baş İdarəsi tərəfindən  idmanın basketbol, voleybol, atletika, badminton, mini-futbol növləri üzrə birinciliklər, turnirlər  təşkil edilib. Turnirlərdə  V-IX sinif şagirdləri iştirak edib.
  • Bakı məktəbliləri arasında stolüstü tennis yarışı keçirilib. Stolüstü tennis üzrə yarış Binəqədi rayonunun ümumi təhsil müəssisələrini əhatə edib. Yarışın nəticələrinə əsasən, 267 nömrəli məktəb-lisey, 244 və 143 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II, III yerləri bölüşüb. 
  • BŞTİ və Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili Aparatının birgə təşkilatçılığı ilə paytaxtın təhsil müəssisələrində “Uşaq hüquqlarının  pilləli tədrisi” proqramı çərçivəsində “Açıq dərs”lər  təşkil olunub. Müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayıb. 
  • Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatı, Qırmızı Aypara Cəmiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə BŞTİ-nin tabeliyində  fəaliyyət göstərən  71  ümumi təhsil məktəbi  və  2  uşaq-gənclər inkişaf mərkəzində  “İnsan alveri” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Uşaq, yeniyetmə və gənclərin insan alveri, uşaq əməyinin istismarı və onun törətdiyi fəsadlar haqqında biliklərinin artırılması məqsədilə təşkil edilən tədbirlərdə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən hazırlanmış animasiya və maarifləndirici təqdimatlar nümayiş etdirilib.
  • Paytaxt məktəblərində Bakıda keçiriləcək velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı ilə əlaqədar silsilə tədbirlər təşkil edilib.  Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
  • BŞTİ tərəfindən şagirdlərin milli adət-ənənələrə,  milli- mənəvi  dəyərlərə hörmət və  vətənə məhəbbət ruhunda tərbiyə olunması, onlarda vətənpərvərlik,  humanizm hisslərinin daha da yüksəldilməsi  məqsədilə məktəb kitabxanalarında bədii əsərlərin oxusu və müzakirəsi həyata keçirilib.
  • Ümumi təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Müstəqilliyimiz  əbədidir” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin məktəbdaxili mərhələsində 7465 şagird, final  mərhələsində isə 264 şagird iştirak edib. Nəticələrə əsasən, 9 nəfər I, II və III, 5 nəfər isə həvəsləndirici yerlərə sahib olub. BŞTİ-nin tabeliyindəki məktəblərin IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma  Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir.
  • Paytaxt məktəblərində təhsil alan əcnəbi şagirdlərlərin Azərbaycanın bölgələrinə ekskursiyaları təşkil olunub.   “CB Travel” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən səfərdə paytaxt məktəblərində təhsillərini davam edən almaniyalı Viki Leoni Sofiya və Volf Kristina,  slovakiyalı Çuda Zuzana və BŞTİ-nin iki nümayəndəsi iştirak edib. Üç gün davam edən səfərdə şagirdlər Xızı, Quba və Mingəçevirdə olublar. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd Bakı məktəblərində oxuyan əcnəbi şagirdləri Azərbaycanın bölgələri, tarixi və mədəniyyət abidələri ilə əyani və yaxından tanış etmək, onların cəmiyyətə inteqrasiya olunmalarını təmin etməkdən ibarətdir.
  • Paytaxtın ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə BŞTİ rəhbərliyi, İdarənin struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər. Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.

 

İstedadlı şagirdlərlə iş

 

  • 2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb.
  • Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələri keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 6 580 şagird iştirak edib. Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələri təşkil edilib. Həm gənc fiziklərin,həm də gənc kimyaçıların yaradıcılıq müsabiqələrinin rayon mərhələsində  268 komandanın tərkibində 1608 məktəbli mübarizə aparıb. Gənc  bioloqların  yaradıcılıq  müsabiqəsi”nin rayon mərhələsində isə 276 komandanın tərkibində 828 paytaxt məktəblisi yarışıb. Məktəblilərin fizika, kimya və biologiya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi məqsədilə təşkil edilən müsabiqələrdə IX, X, XI sinif şagirdləri iştirak edib.
  • Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası keçirilib.  Olimpiadanın ilk turunda 15 minə yaxın  şagird iştirak edib. V-VI sinif şagirdləri arasında təşkil olunan olimpiadanın  final mərhələsində isə Bakı şəhəri üzrə 1144 şagird iştirak edib. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.
  • Təhsil Nazirliyi tərəfindən ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 5311 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Mart ayında keçirilən ölkə mərhələsində 110 şagird iştirak edib. Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnamayə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar da təqdim olunub.  BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsində  iştirak hüququ qazanan 7 nəfər şagirddən 5-i qaliblər sırasında yer alıb.
  • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.  IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərindən 40 təqdimat müsabiqənin şəhər mərhələsinə seçilib. Müsabiqənin respublika mərhələsində iştirak edən 12 paytaxt məktəblisindən 11-i I, II, III və həvəsləndirici yerlərə layiq görülüb.  
  • “Hazırcavablar” intellektual oyunu yeni mövsümdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Televiziyasının (AzTv) birgə layihəsi kimi davam edir. “Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir. Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.
  • Həmçinin, məktəblərdə fəaliyyət göstərən “Kiçik Akademiya”lar elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətlərinin stimullaşdırılması, yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi və onların müasir tədqiqat metodlarına yiyələnməsi məqsədlərinə xidmət edir.

 

Vətənpərvərlik tərbiyəsi

 

  • İl ərzində paytaxtın 12 inzibati rayonu üzrə məktəblərin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün seminar-məşğələlər keçirilib. Seminarın keçirilməsində əsas məqsəd məktəblərin GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, yeniyetmə və gənclərlə həyata keçirdikləri vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək və onlara fənnin məzmunu, strategiyası barədə daha geniş məlumat verməkdən ibarətdir. Seminar və görüşlər zamanı rəhbərlərə məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, onlarda hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.
  • Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar ümumi təhsil müəssisələrində hərbi idman bayramı keçirilib. Hərbi idman bayramının əsas məqsədi hərbi-fiziki hərəkət və oyunları tədqiq etmək, onların müxtəlif növlərinin mahiyyətini və məzmununu açmaqla, gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq, yeniyetmə və gəncləri maarifləndirmək, vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2017-2018-ci tədris ilində ümumi təhsil müəssisələrində “Milli Qəhrəmanlar” guşəsinin yaradılması işi davam etdirilib. Hazırda 150 ümumi təhsil məktəbində “Milli Qəhrəmanlar” guşəsi var. Guşənin yaradılmasının əsas məqsədi milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş Vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və gənclərin çağırışaqədərki hazırlığını yüksəltməkdən ibarətdir.
  • Paytaxtın ümumi təhsil müəssisələrində “Bilik günü”ndə ilk dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. Tədris olunan dərslər uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da artırılması, o cümlədən Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsi məqsədlərinə xidmət edib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllim və şagirdləri müntəzəm olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərlər ediblər. Səfərlərin keçirilməsində məqsəd paytaxt məktəblilərini erməni işğalından azad olunmuş və hazırda quruculuq-abadlıq işlərinin aparıldığı Cocuq Mərcanlı kəndi ilə tanış etmək, həmçinin, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və şagirdlər arasında dostluq münasibətləri yaratmaqdan ibarətdir.
  • Məktəblilər arasında “Şahin”  hərbi-idman oyunları keçirilib.  Hərbi-idman oyunlarının keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdir.  “Şahin”  hərbi-idman oyunlarında paytaxtın  Yasamal rayon komandası II yerə layiq görülüb.
  • Vətənpərvərliklə bağlı ümumi təhsil məktəblərində həyata keçirilən tədbirlər arasında “Dövlət bayrağının tarixi” mövzusunda mühazirələrin xüsusi rolu var. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə  keçirilən mühazirələrdə şagirdlərə Azərbaycan bayrağının günümüzə qədər keçdiyi tarixi yol, dövlət atributları haqqında  məlumatlar verilib, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanıb. 51  təhsil  müəssisəsində keçirilən səyyar  mühazirələrdə  8 160 məktəbli və  204  pedaqoji işçi  iştirak edib.

 

Beynəlxalq müsabiqələr, olimpiadalar

 

  • Belarusun paytaxtı Minsk şəhərində keçirilən 52-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadasında 160 nömrəli Klassik Gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov gümüş medala layiq görülüb.
  • Niderlandın Neymeqen şəhərində yeniyetmələrin 14-cü Beynəlxalq Elm Olimpiadası (IJSO) da Azərbaycan təmsilçisi üçün yaddaqalan olub. 50-dən çox ölkənin qatıldığı bu mötəbər elm yarışında Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin X sinif şagirdi Turan Bayramlı bürünc medal qazanıb.
  • BŞTİ-nin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, “Dünya tarixi” və “2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə əldə edib. İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır. Qeyd edək ki, istedadlı məktəbli topladığı balla Harvarddan əlavə, Amerikanın Kolqeyd, Çexiyanın Çarles, Belçikanın Löven Katolik universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq şansı qazanıb.
  • BŞTİ-nin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyanın VIII sinif şagirdi Aydan Məmmədzadə Moskvada keçirilən XV Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olub. O, xarici ölkələrin məktəbliləri üçün təşkil edilən olimpiadada I dərəcəli diploma və yarış çərçivəsində keçirilən “Gənc natiq” müsabiqəsinin qalibi adına layiq görülüb. Aydan Məmmədzadə gələcəkdə Rusiya ali məktəblərində filologiya və linqvistika istiqamətlərində proqramlar üzrə ödənişsiz təhsil almaq hüququ da qazanıb. 

 

İdman və incəsənət təmsilçilərimiz beynəlxalq arenada

 

  • BŞTİ-nin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü  üzrə 45-ci Avropa çempionatında I yeri tutub. Çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Ağayev qızıl medala layiq görülüb.
  • BŞTİ-nin tabeliyindəki 175 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rəmzi Rəhimli və 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Kərimli Bakı şəhərində keçirilən pençak-silat idmanı üzrə Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüblər.
  • BŞTİ-nin tabeliyindəki 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Rəsul Cəfərli karatenin kyokuşin növü üzrə XXXI Avropa çempionatında I yeri tutub. Məktəbli Polşanın Firinovski şəhərində çəkisi 50 kiloqramadək olan 12-13 yaşlı idmançı oğlanlar arasında təşkil edilən yarışda bütün rəqibləri üzərində qələbə qazanıb.
  • BŞTİ-nin tabeliyindəki 55 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xədicə Baxışlı Ukraynada kombat ciu-citsu idman növü üzrə keçirilən Avropa çempioanatında 14-15 yaşlı qızlar arasında 47 kiloqram çəki dərəcəsində I yerin sahibi olub.
  • BŞTİ-nin tabeliyindəki 308 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gövhər Beydullayeva Rusiyanın Moskva şəhərində 11 ölkəni təmsil edən 14 yaşadək olan şahmatçılar arasında keçirilən şahmat üzrə beynəlxalq turnirdə bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.
  • BŞTİ-nin tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev İtaliyada idmanın döyüş növü olan K-1 qaydaları üzrə keçirilən dünya çempionatında I yerə layiq görülüb.
  • Bakı məktəbliləri Gürcüstanda keçirilən güləş üzrə beynəlxalq yarışda fəxri kürsünün yüksək pillələrində yer alıblar. Belə ki, yarışda 212 nömrəli tam orta məktəbin şagirdi Qüdrət Şıxəlizadə I, 191 nömrəli tam orta məktəbin şagirdi Emil İsgəndərov II, 65 nömrəli tam orta məktəbin şagirdi Ramal Əliyev, 171 nömrəli tam orta məktəbin şagirdi Raşxan Quluzadə və 251 nömrəli tam orta məktəbin şagirdi Əkbər Musayev isə III yerə layiq görülüb.
  • BŞTİ-nin tabeliyindəki  159 nömrəli tam orta məktəbin şagirdi Əhəd Rüstəmli  28 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gələrək I yerə layiq görülüb. Erməni idmançını məğlub edərək turnirin ən yüksək kürsüsünə yüksələn Ə.Rüstəmli medal, diplom və kubokla təltif olunub.
  • BŞTİ-nin tabeliyindəki  Texniki-Humanitar liseyin IX sinif şagirdi Bəhlul Məmmədov  Almaniyada sərbəst güləş  üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. 54 kiloqram çəkidə bütün rəqibləri üzərində qələbə qazanan məktəbli diplom və kubokla təltif olunub.
  • BŞTİ-nin tabeliyindəki  238 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məhəmməd Məmişov Gürcüstanda cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. 30 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanan M. Məmişov medal, kubok və sertifikatla təltif olunub.
  • BŞTİ-nin tabeliyindəki  278 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Xəqani Mürsəlov ciu–citsu idman növü üzrə Rusiyada keçirilən açıq Avropa çempionatında II yerə çıxıb. O, 50 kiloqram çəki dərəcəsində rəqibləri üzərində qələbə qazanıb.
  • BŞTİ-nin tabeliyindəki  46 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ramil Vəlizadə İranda idmanın üzgüçülük növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. 13-14 yaşlı oğlanlar arasında kəpənək üsulunda 100 metr məsafəyə üzmə yarışlarında qələbə qazanan R.Vəlizadə medal və diplomla təltif olunub.
  • BŞTİ-nin tabeliyindəki  13 nömrəli tam orta məktəbin VI sinif şagirdi Rəşad Əhmədov cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə qalib gəlib. 34 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülən R.Əhmədov Türkiyənin Gənclik və İdman Nazirliyi tərəfindən qızıl medal və diplomla təltif olunub.
  • BŞTİ-nin tabeliyindəki  4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) rəqs kollektivi Türkiyə Respublikasında keçirilən Beynəlxalq 23 aprel Pendik Uşaq Festivalında iştirak ediblər. Uşaqlar arasında qardaşlıq, sevgi və dostluq əlaqələrini inkişaf etdirmək məqsədi ilə keçirilən festivalda UGİM-in rəqs qrupu “Naxçıvani”, “Qaval” və “Bayram” adlı Azərbaycanın milli rəqslərini ifa ediblər. 12 ölkənin qatıldığı festivalda paytaxt məktəblilərinin rəqs qrupunun rəngarəng çıxışları maraqla qarşılanıb.
  • BŞTİ-nin tabeliyindəki  328 nömrəli tam orta məktəbin X sinif şagirdi Bəhruz Zamanlıya aid rəsm İtaliyanın Rimini şəhərində 28 ölkənin qatıldığı “İtalian Break” adlı mədəniyyət və incəsənət festivalında I yerə layiq görülüb. Onun “Buta” rəsmi medal, diplom və sertifikata layiq görülüb.
  • BŞTİ-nin tabeliyindəki  ümumi təhsil müəssisələrinin şagirdləri Rusiyanın Moskva şəhərində 53 ölkədən 5 mindən artıq rəqqasın iştirak etdiyi yarışın nəticələrinə görə ilk beşlikdə qərarlaşıb. Yarışda iştirak edən 145, 157, 164, 236, 283, 189-190 nömrəli məktəblər, 160 nömrəli Klassik Gimnaziya və 20 nömrəli məktəb-liseyin şagirdləri  II, III və V yerlərə layiq görülüb. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. 
  • BŞTİ-nin tabeliyindəki  14 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səid Rəsulov Gürcüstanda keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görülüb. O, gənc musiqi ifaçılarının Yevgeni Mikeladze adına beynəlxalq müsabiqəsində truba orkestr alətində ifasına görə diplomla təltif olunub.

 

Təminat və təchizat

 

  • 2017-2018-ci tədris ili üçün paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin olunub. 2017-2018-ci tədris ili üçün çap edilmiş yeni dərslik və müəllimlər üçün metodiki vəsaitlərin sentyabrın 5-dək yerlərə çatdırılması təmin edilib. Bunun üçün müvafiq baza məntəqələri yaradılıb və əsas tədris vəsaitlərinin yerlərə çatdırılması operativ şəkildə həyata keçirilib.
  • Təhsil müəssisələrində zərurət yarandıqca əsaslı və cari təmir işləri aparılıb. Hazırda 10 məktəbdə əsaslı təmir işləri aparılır, 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilir. Bundan əlavə, ehtiyac olan ərazilərdə 4 yeni məktəbin inşasına start verilib. Bütün bu işlərin yeni tədris ili başlayana qədər bitməsi nəzərdə tutulur.
  • Əlavə olaraq, məktəblərin təmirə ehtiyacı araşdırılıb, bir sıra təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri  görülüb, 130 müəssisənin isə istilik sistemində yaranmış problemlər aradan qaldırılıb.
  • Ümumi təhsil məktəblərində birgə fəaliyyətin təşkil edilməsi Nazirlər Kabinetinin “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, həyata keçirilib. Bu məqsədlə Bakı məktəblərində əlavə dərnəklər, kurslar təşkil etmək üçün 231 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb. Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kurslar təşkil edilib.
  • Məktəblərin maddi-texniki təminatı ilə bağlı ehtiyaclarını müəyyənləşdirmək, müvafiq müraciətləri yerində araşdırmaq və bu istiqamətdə çevikliyi artırmaq məqsədilə Təsərrüfat qrupları fəaliyyətə başlayıb. Təsərrüfat qruplarının təhsil müəssisələrində apardığı vaxtaşırı monitorinqlər nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazasının, təmirinin, istilik təchizatı vəziyyətinin, inventara olan tələbatının daha dəqiq öyrənilməsi, bununla bağlı təkliflərin hazırlanması və müvafiq qurumlara vaxtında ötürülməsi, eyni zamanda yaranan problemlərin daha operativ şəkildə həll edilməsi təmin edilib.

 

Vətəndaş müraciətləri

 

  • 2017-2018-ci tədris ili ərzində BŞTİ-nin Vətəndaşların Qəbulu Mərkəzində  11 940 vətəndaşa xidmət göstərilib. Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 1 824 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinə vətəndaşlar tərəfindən 4 893 ərizə,  müxtəlif qurumlardan 11 279 məktub və  2 616 elektron müraciət daxil olub.
  • 2017-2018 ci tədris ili ərzində hər həftə Bakının 12 inzibati rayonu üzrə keçirilmiş səyyar qəbullar vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib. Vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədilə təşkil edilən səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

 

İctimaiyyətlə əlaqələr

 

  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin həyatında baş ve­rən yeni­lik­lər və idarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətində işlər 2017-2018-ci tədris ilində də müvafiq qaydada yerinə yetirilib. Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi BŞTİ-nin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Bu baxımdan BŞTİ-nin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılıb.
  • Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün səmərəli şərait yaradılıb. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, BŞTİ rəhbərliyinin və əməkdaşlarının telekanallarda çıxışları və müsahibələri təşkil olunub.
  • Məktəb saytlarının fəaliyyətinin müvafiq tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Belə ki,BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilib. Təlimlər Bakının hər bir rayonunun məktəbləri üzrə ayrılıqda təşkil olunub. BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektoru tərəfindən keçirilən təlimlərin əsas məqsədi məktəb saytlarının daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasını təmin etməkdən ibarətdir. 
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi elan olunub. Müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçirilir. Tədris ilinin I yarımili üzrə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş  məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsi 2017-2018-ci tədris ilinin əvvəlindən start götürüb. Müsabiqə üzrə tədris ili ərzində 2 dəfə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulub.
  • BŞTİ və “Azərbaycan müəllimi” qəzetinin birgə layihəsi olan “Mənim məktəbim” layihəsinə start verilib. Layihənin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaq, həmçinin, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoymaqdan ibarətdir.

Açar sözlər: ,  ,  ,