17.07.2018

Altı yaşı tamam olmayan uşaqlar üçün yeni şans

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul edilir.

Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da birinci sinfə qəbul edilir.

Bu barədə İTV-nin "Yeni gün" musiqi-informasiya proqramında geniş məlumat verilib.

Proqramda, həmçinin, məktəbəhazırlıq qruplarının fəaliyyəti, uşaqların ərazi prinsipi əsasında təhsil müəssisələrinə yerləşdirilməsi, istedadlı uşaqlarla iş və yeni tədris ilinə hazırlıq kimi müxtəlif mövzulara toxunulub.