20.07.2018

700 bal toplayan paytaxt məktəbliləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

Belə ki, I ixtisas qrupu üzrə 297 nömrəli tam orta məktəbin şagirdi Anar Abıyev, 109 nömrəli tam orta məktəbin şagirdi Azər Zeynallı, 169 nömrəli tam orta məktəbin şagirdi Aslan Aşirov, 58 nömrəli tam orta məktəbin şagirdi Sona Mehdizadə və IV ixtisas qrupu üzrə isə 29 nömrəli tam orta məktəbin şagirdi Nərmin Balakişiyeva, 192 nömrəli tam orta məktəbin şagirdi Anar Kərimxanov bütün suallara düzgün cavab verərək 700 bal toplayıblar.

Uğur qazanmış abituriyentləri, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!