30.07.2018

“Yay məktəbi” - unudulmaz yay tətili

 

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə təşkil edilən “Yay məktəbi” davam edir.

Bu barədə AZTV-nin "Səhər" musiqi-informasiya proqramında geniş məlumat verilib.
Proqramda, həmçinin, “Yay məktəbi” barədə şagirdlərin fikirləri dinlənilib, məktəblilərin asudə vaxtını səmərəli keçirmək və onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq üçün təşkil edilən maarifləndirici tədbir, yarış və ekskursiyalardan bəhs edilib.

Qeyd edək ki, ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 18 məktəbi əhatə edir.
“Yay məktəbi” zamanı 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır.

“Yay məktəbi”nin əsas məqsədi şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.