21.11.2019

“Məktəb seminarları” barədə infoqrafika

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Məktəb seminarları” başa çatıb. 

308 məktəbi əhatə edən seminarlara  308 nəfər məktəb direktoru, 486 nəfər təlim-tərbiyə  işləri  üzrə  direktor müavini, 266  nəfər tərbiyə işləri üzrə direktor müavini  (təşkilatçı), 275  nəfər uşaq birliyi təşkilatı rəhbəri, 308 nəfər Azərbaycan dili fənni üzrə metodbirləşmə sədri, 308  nəfər riyaziyyat fənni üzrə metodbirləşmə sədri, 308 nəfər ingilis dili fənni üzrə metodbirləşmə sədri və 301 nəfər məktəb saytını idarə edən şəxs qatılıb.

Qeyd edək ki, “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. 


Açar sözlər: