07.02.2020

Paytaxt üzrə 1 810 şagird olimpiadanın yarımfinal turunda

Respublika fənn olimpiadalarının yarımfinal turuna qeydiyyat başlayıb.

Qeydiyyat  www.olimpiada.edu.az  saytı vasitəsilə fevralın 15-nə kimi davam edəcək.

Yarımfinal turuna rayon (şəhər) mərhələsində uğur qazanan və ötən tədris ili üzrə beynəlxalq fənn olimpiadalarında qalib gəlmiş şagirdlər  cəlb olunacaqlar.

Olimpiadada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən Azərbaycan dili və ədəbiyyat fənni üzrə 360, riyaziyyat fənni üzrə 600, informatika fənni üzrə 100, fizika fənni üzrə 177, kimya fənni üzrə 218, biologiya fənni üzrə 119, tarix fənni üzrə 89, coğrafiya fənni üzrə 147 nəfər olmaqla, ümumilikdə 1 810 şagird iştirak edəcək.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil olunur.


Açar sözlər: ,