05.05.2014

Böyük maraqla qarşılanan film seansları davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Park Cinema” kinoteatrlar şəbəkəsi arasında uşaq və yeniyetmələrinistirahətini təmin etmək məqsədilə təşkil olunmuş film seansları davam edir. Şagirdlər üçün nəzərdə tutulan film və animasiyalar həftənin 5 günü,  iki seansda göstərilir.

Artıq Nərimanov rayonu ümumtəhsil məktəblərinin əlaçı şagirdləri üçün təşkil edilmiş seanslar başa çatmışdır.

Şagirdlər tərəfindən böyük maraqla qarşılandığı üçün film seansları silsilə halına gətirilmiş, salon sayı artırılmış və “Parkbulvar” Ticarət Mərkəzi də bu layihəyə qoşulmuşdur.

Hazırda seanslar “Metropark” və “Parkbulvar” Ticarət Mərkəzlərində yerləşən “Park Cinema” kinoteatrlarında Nizami, Yasamal, Nəsimi və Səbail  rayonları üzrə ümumtəhsil məktəblərinin əlaçı şagirdləri üçün davam edir.