Anar İbrahim oğlu Mustafazadə

Keyfiyyətə nəzarət sektorunun müdiri

 

Mustafazadə Anar İbrahim oğlu 6 fevral 1987-ci ildə anadan olub.

2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini “Coğrafiyaçı, coğrafiya müəllimi” ixtisası üzrə bitirərək bakalavr, 2011-2014-cü illərdə həmin universitetin Coğrafiya fakültəsini “Landşaftşünaslıq” ixtisası üzrə bitirərək magistr elmi dərəcəsini alıb.

2018-ci ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasının doktorantıdır.

2011-2017-ci illərdə Qax rayon Qaratala kənd tam orta məktəbində, 2017-2018-ci illərdə Bakı şəhər 185 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi çalışıb.

2019-2021-ci illərdə akademik Zərifə Əliyeva adına liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi çalışıb.

2018-ci ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində müəllim kimi fəaliyyət göstərir. 

Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 15 fevral tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var.